Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:59-da yayımlanıb)
Bakı. Seymur Əliyev - Trend:
Azərbaycan postneft dövrünə qədəm qoyub. Trend-in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov Heydər Əliyev Mərkəzində "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın reallaşdırılmasının ikinci ilinin yekunlarına həsr edilmiş konfrans çərçivəsində bank fəaliyyəti üzrə sessiyada deyib.
E.Rüstəmov bildirib: "Əsas gəlirlərimiz neftdən daxil olur. Neftin qiymətləri isə 4 dəfə azalıb. Faktiki olaraq hazırda ölkədə postneft dövrü başlayıb".
Onun sözlərinə görə, hazırda neft sektorunda 80 min nəfər işləyir: "Azərbaycanda əmək qabiliyətli əhali 4,8 milyon nəfərdir. Hazırda biz büdcəni qeyri-neft sektorundan daxilolmalarla doldurmalıyıq. 30-40-cı illər üçün planlaşdırılan postneft erası 25 il daha əvvəl başladı. Biz elə inkişaf dinamikası toplamalıyıq ki, geriyə dönüş olmasın".