...

Azərbaycan, Rusiya və Latviya alimləri yeni dərman hazırlanmaq üçün tədqiqatlar aparırlar

Cəmiyyət Materials 6 Sentyabr 2013 15:34 (UTC +04:00)
Azərbaycan, Rusiya və Latviya alimləri onkoloji, psixotrop, hepatit və digər xəstəliklərin müalicəsində istifadə oluna biləcək yeni növ preparatların hazırlanması istiqamətində birgə tədqiqatlar aparırlar.
Azərbaycan, Rusiya və Latviya alimləri yeni dərman hazırlanmaq üçün tədqiqatlar aparırlar

Azərbaycan, Bakı, 6 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan, Rusiya və Latviya alimləri onkoloji, psixotrop, hepatit və digər xəstəliklərin müalicəsində istifadə oluna biləcək yeni növ preparatların hazırlanması istiqamətində birgə tədqiqatlar aparırlar.

AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, işlər Azərbaycan Milli Elmlər Akademiyası Kimya Problemləri İnstitutu, Rusiyanın Kuban Dövlət Texnologiya Universiteti və Latviya Elmlər Akademiyası Üzvi Sintez İnstitutu tərəfindən "Potensial fizioloji aktiv maddələrin bioloji təsiri istiqamətində yeni kondensləşmiş sistemin kimyəvi dizaynın yaradılması" adlı 2 illik layihə çərçivəsində həyata keçirilir. Yeni imzalanmış layihənin icra planı sentyabrın 10 və 11-də Rusiyanın Krasnodar vilayətində müzakirə olunacaq.

Müzakirədə Kimya Problemləri İnstitutunun Bioloji aktiv maddələr sektorunun müdiri, kimya elmləri doktoru, professor Sərdar Zeynalov da iştirak edəcək. Onun sözlərinə görə, layihədə məqsəd amin turşuları əsasında yeni bioloji-aktiv maddələrin alınması, onların quruluşunun, fiziki-kimyəvi xassələrinin təyin edilməsi və bioloji aktiv maddələr kimi tətbiq olunmasıdır.

Tədqiqatların nəticələrindən əldə olunacaq kimyəvi birləşmələr farmaseptik dərmanların hazırlanmasında istifadə oluna bilər ki, bu da yuxarıda qeyd olunan xəstəliklərin müalicəsində fayda verə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti