...

Türkiyə Olimpiya Komitəsi - Türkiyə I Avropa Oyunlarında ən yüksək səviyyədə təmsil olunacaq

Baku 2015 : EUROGAMES Materials 28 Aprel 2015 14:41 (UTC +04:00)
Türkiyə I Avropa Oyunlarında ən yüksək səviyyədə iştirak edəcək - Türkiyə Olimpiya Komitəsi
Türkiyə Olimpiya Komitəsi - Türkiyə I Avropa Oyunlarında ən yüksək səviyyədə təmsil olunacaq

Azərbaycan, Bakı, 28 aprel /Trend, Rufiz Hafizoğlu

Türkiyə Bakıda keçiriləcək I Avropa Oyunlarında ən yüksək səviyyədə iştirak edəcək. Bu barədə Trend-ə Türkiyənin Milli Olimpiya Komitəsindən bildiriblər.

Komitənin məlumatına əsasən, I Avropa Oyunlarına Türkiyədən ümumilikdə 184 idmançı qatılacaq.

"Türkiyə ümid edir ki, ölkəni I Avropa Oyunlarında təmsil edən idmançılar yüksək nailiyyətlər əldə edəcək ki, bu da onların 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmasına şərait yaradacaq" - deyə komitədən bildirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti