...

Avropa Oyunlarına hazırlıqla əlaqədar paytaxtın bir sıra yollarında hərəkət məhdudlaşdırılacaq

Baku 2015 : EUROGAMES Materials 6 May 2015 13:06 (UTC +04:00)
I Avropa Oyunlarına hazırlıq məqsədilə Bakının bir neçə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Avropa Oyunlarına hazırlıqla əlaqədar paytaxtın bir sıra yollarında hərəkət məhdudlaşdırılacaq

Azərbaycan, Bakı, 6 may /Trend, müxbir İlkin İzzət/

I Avropa Oyunlarına hazırlıq məqsədilə Bakının bir neçə küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) Trend-ə verilən məlumata görə, Bakı 2015 Avropa Oyunlarına hazırlıq məqsədilə, 9 may 2015-ci il tarixdə Bakı Olimpiya Stadionunda hazırlıq tədbiri keçiriləcək.

Bu səbəbdən, mayın 9-da saat 12:00-dan 19:00-dək, Mehdi Hüseyn küçəsinin Parlament Prospekti dairəsindən Teymur Elçin küçəsi ilə kəsişməsinədək olan hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Həmçinin, bu müddət ərzində Bakı Olimpiya Stadionu istiqamətində fəaliyyət göstərən ictimai nəqliyyat avtobuslarında və metronun Koroğlu stansiyasında sıxlıq olacağı gözlənilir. Buna görə də, şənbə günü, ictimai nəqliyyatdan istifadə edəcək şəxslərə yuxarıda sadalanan məsələləri nəzərə almaları tövsiyə olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti