...

Bakı-2015: Paytaxtın mərkəzində gəzinti (FOTO)

Baku 2015 : EUROGAMES Materials 20 May 2015 08:00 (UTC +04:00)
İstənilən Bakı sakini təsdiqləyər ki, Azərbaycan paytaxtında gəzinti üçün ən populyar yer Nizami (keçmiş Torqovı) küçəsi və Fəvvarələr meydanıdır.
Bakı-2015: Paytaxtın mərkəzində gəzinti (FOTO)

Azərbaycan, Bakı, 20 may /Trend, müxbir Elçin Hüseynov/

İstənilən Bakı sakini təsdiqləyər ki, Azərbaycan paytaxtında gəzinti üçün ən populyar yer Nizami (keçmiş Torqovı) küçəsi və Fəvvarələr meydanıdır. Bura həm səhərlər, həm də gecələr izdihamlı olur, xüsusilə də gənclər və şəhərin qonaqlarının sevimli məkanıdır. Bu məkanda çoxlu arxitektura nümunələri, muzeylər, teatrlar, kafe və restoranlar, ticarət mərkəzləri yerləşir.

"Torqovı" - Bakının mərkəzi hissəsinin onilliklər ərzində ağızdan-ağıza keçən adıdır. Əslində, çoxdandır "Torqovı"nın adı Nizami küçəsidir. XIX əsrin ortalarında yerləşdiyi əlverişli məkana və burada olan çoxsaylı ticarət məntəqələrinə görə küçə "Torqovı" adını alıb.

Və artıq onilliklərdir ki, bakılılar Fəvvarələr meydanından Rəşid Behbudov küçəsinə kimi olan ərazini - Nizami küçəsinin ictimai nəqliyyatın hərəkətinin qadağan edildiyi hissəsini "Torqovı" adlandırırlar.

Fəvvarələr meydanının da onillikləri əhatə edən tarixi var. Hələ XIX əsrin əvvəlində bağça adlanan meydan bir çox dəyişikliklərə məruz qaldıqdan sonra 2010-cu ildə indiki görünüşünü alıb. Xüsusilə, fəvvarələr qeyri-adi şəkildə düzəldilib, pavilyon və köşklər dəyişdirilib, mövcud bitki örtüyü saxlanılıb və yaşıllıq ərazilər genişləndirilib.

12-28 iyunda ilk Avropa Oyunlarının izləyicisi olacaq qonaqlar paytaxtın bu gözəl guşəsinə baş çəkə və bura ilə yaxından tanış ola bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti