...

I Avropa Oyunlarında iştirak edəcək Rusiya yığmasının tərkibi təsdiqləndi

Baku 2015 : EUROGAMES Materials 23 May 2015 16:30 (UTC +04:00)
I Avropa Oyunlarında iştirak edəcək Rusiya yığmasının tərkibi müəyyən edilib.
I Avropa Oyunlarında iştirak edəcək Rusiya yığmasının tərkibi təsdiqləndi

Azərbaycan, Bakı, 23 may /Trend/

I Avropa Oyunlarında iştirak edəcək Rusiya yığmasının tərkibi müəyyən edilib. Trend xəbər verir ki, bu barədə Rusiya Olimpiya Komitəsinin (ROK) məlumatında bildirilir. ROK-un İcraiyyə Komitəsinin iclasında I Avropa Oyunlarında iştirak edəcək Rusiya yığmasının tərkibi təsdiq edilib.

Rusiyanın 50 regionundan, Moskva (97 nəfər), Moskva vilayəti (38 nəfər), Sankt-Peterburq (33 nəfər), Tatarıstan (17 nəfər), Krasnodar diyarı (16 nəfər) və digər regionlardan 360 atlet komandanın tərkibindədir.

Məlumatda qeyd olunur ki, komandanın tərkibində 7 olimpiya çempionu, 34 dünya çempionu var. Rusiya idmançıları yüngül atletikadan başqa bütün idman növləri üzrə yarışlarda iştirak edəcək. ROK-un prezidenti Aleksandr Jukov bildirib ki, Rusiya komandasının hazırlıq səviyyəsi I Avropa Oyunlarında birinci olmağa imkan verir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti