...

Elmar Məmmədyarov: “Azərbaycan ilk Avropa Oyunlarını təşkil etməklə sülh, sabitlik və tərəqqiyə yardım edir”

Baku 2015 : EUROGAMES Materials 2 İyun 2015 11:11 (UTC +04:00)
Azərbaycan zəngin təcrübəsinə əsaslanaraq ilk Avropa Oyunlarını təşkil etməklə nəinki Avropada, həmçinin Avropa sərhədləri xaricində sülh, sabitlik, tərəqqi, dostluq, mədəniyyətlərarası və dinlərarası dialoqa yardım edir.
Elmar Məmmədyarov: “Azərbaycan ilk Avropa Oyunlarını təşkil etməklə sülh, sabitlik və tərəqqiyə yardım edir”

Azərbaycan, Bakı, 2 iyun /Trend/

Azərbaycan zəngin təcrübəsinə əsaslanaraq ilk Avropa Oyunlarını təşkil etməklə nəinki Avropada, həmçinin Avropa sərhədləri xaricində sülh, sabitlik, tərəqqi, dostluq, mədəniyyətlərarası və dinlərarası dialoqa yardım edir. Trend-in məlumatına əsasən, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın "Nezavisimaya qazeta" qəzetinə müsahibəsində deyib: "Artıq I Avropa Oyunlarının başlamasına az qalıb. Bu tədbir ilk dəfə keçiriləcək və onu yüksək səviyyədə təşkil etməyə çalışırıq".

Onun sözlərinə görə, I Avropa Oyunları kifayət qədər böyük miqyaslı tədbir olacaq: "20 idman növündə yarışlarda iştirak edəcək 6 min idmançını qəbul edəcəyik. Onları 3 mindən çox insan müşayiət edəcək. Onu da qeyd etmək istərdim ki, nəinki Moskva, regionlar da daxil olmaqla, Rusiya mətbuatından 150 nəfərin gələcəyini gözləyirik və Bakıda rusiyalı jurnalistləri, idmançıları və azarkeşləri görməkdən məmnun olacağıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti