...

Rusiyalı dünya çempionu Bakıya maksimum nəticə göstərmək üçün gəlir

Baku 2015 : EUROGAMES Materials 4 İyun 2015 20:08 (UTC +04:00)
Rusiyanın bədii gimnastika üzrə mütləq dünya çempionu Yana Kudryavtsova Bakıda keçiriləcək I Avropa Oyunlarında maksimum nəticə göstərəcəyinə ümid edir.
Rusiyalı dünya çempionu Bakıya maksimum nəticə göstərmək üçün gəlir

Azərbaycan, Bakı, 4 iyun /Trend/

Rusiyanın bədii gimnastika üzrə mütləq dünya çempionu Yana Kudryavtsova Bakıda keçiriləcək I Avropa Oyunlarında maksimum nəticə göstərəcəyinə ümid edir.

Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata əsasən, gimnast bildirib ki, məşqçilər ona heç vaxt konkret olaraq birinci yer uğrunda mübarizə aparmaq tapşırığını vermir.

O, qeyd edib: "Əsas vəzifəm Bakıda məşqlərdə hazırlaşdığımız kimi çıxış etməkdir. Maksimum nəticə göstərməkdir. Medallar barədə isə hələ fikirləşmirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti