Prezident İlham Əliyev: Azərbaycan Avropanı qəbul etməyə hazırdır (FOTO)

Prezident İlham Əliyev: Azərbaycan Avropanı qəbul etməyə hazırdır (FOTO)

Azərbaycan, Bakı, 9 iyun /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı, "Bakı-2015" Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva və ailə üzvləri iyunun 9-da Atletlər Kəndində birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüşüblər.

Gənclər və idman naziri Azad Rəhimov dövlətimizin başçısına Atletlər Kəndinin VİP qonaqların qəbul zonası barədə məlumat verdi. Binada yaradılan istirahət otağı, protokol zalı, qonaq vəsiqəsini gözləmə ərazisi və digər otaqlar müasir səviyyədədir. Burada yüksək səviyyədə fəaliyyət göstərmək üçün bütün imkanlar yaradılıb.

Sonra Prezident İlham Əliyev birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan nümayəndə heyəti ilə görüşdü.

İdmançıları salamlayan Prezident İlham Əliyev dedi: "Əziz idmançılar, əziz dostlar. Mən sizin hamınızı ürəkdən salamlayıram və Bakıda keçiriləcək Avropa Oyunlarında uğurlar arzulayıram. Üç gündən sonra bu tarixi hadisə başlayır. Azərbaycan Avropanı qəbul etməyə hazırdır. Əminəm ki, dünya miqyasında ən gözəl Oyunları biz keçirəcəyik. Baxmayaraq ki, Oyunların hazırlanması üçün cəmi iki il yarım vaxtımız var idi. Ancaq xalqımız, dövlətimiz öz gücünü göstərdi. Biz qısa müddət ərzində dünya səviyyəli, Yay Olimpiya Oyunları səviyyəsində Oyunlar hazırlamışıq və uğurla keçirəcəyik".

Dövlət başçısı qeyd edib ki, komandamız Oyunlarda böyük tərkibdə iştirak edəcək: "Xatırlayıram, mən 2000-ci ildən bu günə qədər bütün Yay Olimpiya Oyunlarında olmuşam və adətən idmançılarla görüşmüşəm. Biz idmançıları Oyunlara təntənəli şəkildə yola salırdıq. Bu dəfə isə Avropa ölkələrindən idmançılar Azərbaycana gəlirlər. Deyə bilərəm ki, mən 2000-ci ildən bu günə qədər bütün Olimpiya kəndlərində olmuşam. Bakıda yaradılan şərait heç bir başqa yerdə olmayıb. Bax, bu Atletlər Kəndi bir memarlıq əsəridir və bizim komandamız artıq burada yerləşib. Xarici qonaqlar da gəlirlər və xüsusi qeyd olunur ki, qısa müddət ərzində belə gözəl şəraitin yaradılması, əlbəttə, tarixi nailiyyətdir. Burada yaxında Media Kəndi də var. Heç bir Yay Olimpiya Oyunlarında mətbuat işçiləri üçün Media Kəndi yaradılmamışdır. İlk dəfə biz bunu tətbiq edirik. Bir sözlə, biz Avropa Oyunlarının standartlarını Azərbaycanda müəyyən edirik və bu, ən yüksək standartlardır. Biz Avropa standartları haqqında adətən tez-tez eşidirik. Əlbəttə ki, bu, yüksək standartlardır. Ancaq biz artıq Azərbaycan standartlarını tətbiq edirik. Bu Oyunlar dövlətimizin gücünü, xalqımızın istedadını və idmançılarımızın peşəkarlığını göstərəcək. Əminəm ki, idmançılar bizi qələbələrlə sevindirəcəklər. Komandamızın tərkibində ölkəmizin ən güclü idmançıları var. Bütövlükdə, bütün xarici komandalarda da ən qabaqcıl idmançılar təmsil olunur".

İlham Əliyev vurğulayıb ki, Azərbaycan idman dövlətidir və bizim böyük uğurlarımız, nailiyyətlərimiz, qələbələrimiz var: "Əminəm ki, bu Oyunlarda da qələbələrimizin sayı çox olacaq və siz xalqımızı sevindirəcəksiniz. Avropa Oyunları Azərbaycanda artıq ümumxalq məsələsinə çevrilib. Bizim qədim Atəşgah məbədindən alovlandırılan məşəl bütün ölkəmizi dolaşıb və Bakıya qayıdıb. Bizim bütün rayonlarımızda, o cümlədən Bakı şəhərində iki milyona yaxın insan bu məşəli salamlayıb və bu bayramı qeyd edib. Doğrudan da böyük bayramdır, ölkəmiz üçün tarixi hadisədir. Avropa üçün tarixi hadisədir. Belə Oyunlar birinci dəfə keçirilir. Əminəm ki, ən yüksək səviyyədə keçiriləcək.

Bir daha demək istəyirəm ki, komandamız çox güclüdür, güclülər sırasındadır. Biz idmançılarımızla fəxr edirik. Onlardan yeni qələbələr gözləyirik. Əlbəttə ki, doğma Vətəndə sizə diqqət də daha böyük olacaq. Əminəm ki, nəticələr də çox yaxşı olacaq. Ona görə sizi bir daha ürəkdən salamlayıram. Sizə qələbələr arzulayıram. Siz bilirsiniz ki, Azərbaycan xalqı sizi sevir, sizi dəstəkləyir və bu dəstək sizə əlavə güc verəcək. Bir daha təbrik edirəm və üç gündən sonra yeni tikilmiş Olimpiya Stadionunda sizinlə bir daha görüşəcəyik".

X X X

Dövlətimizin başçısı, xanımı və ailə üzvləri birinci Avropa Oyunlarında Azərbaycanı ayrı-ayrı idman növlərində təmsil edəcək komandalarla xatirə şəkilləri çəkdirdilər.

Birinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycan komandalarının üzvləri dövlətimizin başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri ilə "selfie" və fotoşəkillər çəkdirdilər.

Bu gün ölkəmizdə idmana göstərilən dövlət qayğısı yüksək səviyyədədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bütün istiqamətlərdə olduğu kimi, idman sahəsində də mühüm nailiyyətlər əldə edilib. Azərbaycan idmançıları dövlətimizin başçısının diqqət və qayğısını hər an hiss edirlər. Bunun nəticəsidir ki, idmançılarımızın müxtəlif olimpiadalar, dünya, qitə və regional əhəmiyyətli mühüm idman yarışlarında qazandığı medalların sayı ilbəil artır. İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qərar verilməsi təbii ki, ölkəmizin beynəlxalq nüfuzundan, dünyada formalaşdırdığı müsbət imicdən qaynaqlandı. Bundan başqa, bu məsələdə Azərbaycanda idmana göstərilən qayğı da mühüm rol oynadı. Avropa idman ailəsinin bu qərarı Azərbaycandakı ictimai-siyasi sabitlikdən, son illərdə əldə olunan yüksək iqtisadi nailiyyətlərdən irəli gəldi. Beynəlxalq yarışları keçirmək təcrübəsi Avropa Olimpiya Komitəsinin qərarını şərtləndirən mühüm amillər sırasında oldu. Ölkəmizin həyatında tarixi hadisə olan ilk Avropa Oyunları keçirilməsi Azərbaycanın beynəlxalq idman aləminin aparıcı dövlətlərindən biri olduğunu bir daha göstərdi. Prezident İlham Əliyevin fəaliyyəti sayəsində Azərbaycan belə nüfuzlu idman tədbirini keçirmək iqtidarında olduğunu bir daha bütün dünyaya nümayiş etdirəcək. Avropa Olimpiya Komitəsinin birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qəbul etdiyi qərardan sonra ölkəmizdə bu mühüm beynəlxalq tədbirə geniş hazırlıq işləri başladı.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərliyi ilə yaranan birinci Avropa Oyunlarının Təşkilat Komitəsi bu tədbirin yüksək səviyyədə keçirilməsi üçün bütün səyləri birləşdirdi. Qısa müddətdə müasir yeni idman obyektləri inşa olundu, mövcudları əsaslı şəkildə yenidən qurularaq birinci Avropa Oyunlarına hazırlıq vəziyyətinə gətirildi. Beləliklə, belə bir mühüm idman tədbirinə ev sahibi kimi ölkəmiz üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirdi. Birinci Avropa Oyunlarına maraq çox böyükdür. Bu yarışlarda Azərbaycan da daxil olmaqla Avropanın 50 ölkəsindən 6000-dən artıq idmançı 20 idman növündə mübarizə aparacaq. Bu idman növlərindən 16-sı olimpiya, 4-ü isə qeyri-olimpiya növlərinə daxildir. İlk Avropa Oyunlarının Bakıda 21 məkanda keçirilməsi müəyyən edildi və Azərbaycan 291 idmançı ilə Avropanın ən böyük idman yarışında birincilik uğrunda mübarizəyə qatılacaq. Birinci Avropa Oyunlarının əhəmiyyətini artıran mühüm amillərdən biri də onun 2016-cı ildə Rio de Janeyro - Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşımasıdır.

Beləliklə, birinci Avropa Oyunlarına sayılı günlər qalır. Ölkəmizdə bu Oyunları yüksək səviyyədə keçirmək üçün yaradılan şərait, qısa müddətə görülən işlər və reallaşdırılan layihələr bir daha sübut edir ki, beynəlxalq idman ailəsinin üzvü olan Azərbaycanda başlanılan bütün işlər vaxtında və yüksək keyfiyyətlə yerinə yetirilir. Bu isə növbəti Avropa Oyunlarının standartlarını təyin edən ölkəmizi yenidən dünyanın diqqət mərkəzinə çevirir.

"Bakı-2015" birinci Avropa Oyunlarında Azərbaycan nümayəndə heyətinin tərkibinə 291-i idmançı olmaqla ümumilikdə 444 nəfər daxildir.

Sonda kollektiv şəkil də çəkdirildi.

Avropa Superliqası fəaliyyətini dayandırdı - Bəyanat
Avropa Superliqası fəaliyyətini dayandırdı - Bəyanat
İsveçrədə İdman Gimnastikası üzrə Avropa Çempionatına start verilir
İsveçrədə İdman Gimnastikası üzrə Avropa Çempionatına start verilir
İngilitərə Premyer Liqası: "Çelsi" "Brayton"la heç-heçə etdi
İngilitərə Premyer Liqası: "Çelsi" "Brayton"la heç-heçə etdi
Loading Bars
Xəbər lenti
OPEC+ neft hasilatının bərpası ilə bağlı qərarını təsdiq edə bilər
Erməni faşizmi tarixi abidələrə münasibətdə də özünü qabarıq şəkildə göstərir - Mübariz Qurbanlı
Ofis işçilərinin və yumşaq oturacaqların xəstəliyi
Nərmin Quliyevanın qətlində təqsirləndirilən şəxsin istintaqı yekunlaşdı
“Əsas Məsələ”də Ermənistanın revanşizmi, üzərinə düşən öhdəliklərdən boyun qaçırması kimi məsələlər müzakirə olunub
Bakı Dövlət Sirkinin milli truppa və orkestri yenidən təşkil olunur
Rusiya 10 ABŞ diplomatını ölkədən çıxarır
Yaşıl rəngli tərəvəzlərin faydası
Sahibkarlar indi özlərinə uyğun xidmət paketini seçə bilərlər
Ağdam rayonunun Baş Qərvənd kəndi (VİDEO)
İsti ayların gəlişi ilə maskalardan imtina etmək olarmı? TƏBİB açıqladı (VİDEO)
Azərbaycanın azad edilən ərazilərində gördüyümüz mənzərə dəhşət doğurur - Belarus səfiri
Azərbaycan - İndoneziya əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib
Hacıqabulun bugünkü mənzərəsi bölgələrimizin sürətli inkişafı haqqında aydın təsəvvür yaradır - Vüqar Rəhimzadə
Hamiləlik testləri - Hansı testə güvənək?
Qarabağda da sənaye parklarının yaradılmasının şahidi olacağıq - Komitə sədri
Belarusun ölkəmizdəki səfiri Respublika Veteranlar Təşkilatının qonağı olub (FOTO)
Çexiyanın yeni xarici işlər naziri təyin olunub
Türkiyənin Azərbaycandakı yeni səfiri fəaliyyətə başlayıb
Azərbaycanda COVID-19-a qarşı peyvənd olunanların SAYI açıqlanıb
Azərbaycanda 2 075 nəfər COVID-19-a yoluxub, 32 nəfər vəfat edib
Bakının bu ərazilərində havada tozun miqdarı normadan yüksəkdir
Ukraynada fövqəladə vəziyyət və karantin rejimi uzadıldı
İslahatlar nəticəsində ölkədə makroiqtisadi və maliyyə sabitliyi qorunub - Elman Rüstəmov
Dövlət Məşğulluq Agentliyinin mərkəz rəhbəri koronavirusdan öldü
Qaxda reyd: 20 sürücü cərimələndi (FOTO)
Dövlət başçısının Hacıqabula səfəri regionların inkişaf baxımından mühüm əhəmiyyət kəsb edir - Tamam Cəfərova
İndoneziyada sualtı qayıq itib - 53 nəfərin taleyi məlum deyil
İşğaldan azad edilmiş ərazilər erməni vandalizminin canlı şahididir - Pərvin Kərimzadə
Azərbaycanda ilk dəfə aqrar sığorta mütəxəssisləri fəaliyyətə başlayır
Qida təhlükəsizliyi ilə bağlı istehlakçılar arasında sorğu keçirilib
Əli Əhmədov İCAPP iclasında Azərbaycanın qələbəsindən danışıb (FOTO)
Azərbaycan və Türkiyə poçtları daha sərfəli tariflərlə xidmət göstərməyə başlayır
Silk Way West Airlines “2020-ci ilin yükdaşıma aviaşirkəti” seçilib
"YAŞAT" Fonduna daxil olan və xərclənən ümumi məbləğ açıqlandı
"YAŞAT" Fondu ümumilikdə 63 qazini Türkiyəyə müalicəyə göndərib
Yuxarı ətrafları amputasiya olunmuş qazilərimizin yüksək texnologiyalı protezlərlə təminatına başlanır (FOTO)
Hövsan Yaşayış Kompleksində 503 güzəştli mənzilin seçimi uğurla başa çatdı
“Rabitəbank”-ın Lənkəran rayon filialının xəzinədarı həbs edildi
Rusiya Qarabağda münaqişənin dayandırılmasında əsas rolu oynayıb - Putin
"İdeal" mağazalar şəbəkəsinin həbsdə olan sabiq rəhbərinin şikayəti təmin edilmədi
Qərbi Azəri platformasında hasilat müvəqqəti dayandırılır
40 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər təqdim olundu (FOTO)
Şuşanın memarlıq irsinin bərpa-eskiz layihələrinin təqdimatı olub (FOTO)
Hakerlər Rusiya vaksinləri barədə məlumatları ələ keçirməyə çalışıb - FTX
Ermənilərin Füzulidə viran qoyduğu qəzet redaksiyası – Trend TV-nin REPORTAJI
Könül Nurullayeva AŞPA-nın komitə iclasında çıxış edib (VİDEO)
Mədəniyyət naziri koronavirusa yoluxub
İranda sutka ərzində 24,8 min nəfər koronavirusa yoluxub, 388 nəfər ölüb
Paşinyan etirazla qarşılandığı şəhərdən qaçdı (VİDEO)
Bakıda evə basqın edən maskalı şəxslər saxlanılıblar (FOTO/VİDEO)
Şəkidə ev yanıb
BP və Türkiyə BTC ilə neft nəqli üçün yeni qiymətlər barədə razılığa gəlib - Mənbələr
Sabah yağış yağacaq, külək əsəcək
İsveçrənin Azərbaycandakı investisiyaları qeyri-neft sektorunda cəmləşib - Nazirlik
Hacıqabulda yeni məktəb tikintisi ilə bağlı 1,5 milyon manat ayrıldı - SƏRƏNCAM
Hacıqabulda yol tikintisinə 5 milyon manat ayrılıb - SƏRƏNCAM
İşsiz şəxslər İcbari Tibbi Sığortadan istifadə edə bilər? - AÇIQLAMA
Azərbaycanda qızıl bahalaşıb
“Rabitəbank” valideyn himayəsindən məhrum uşaqları sevindirib
Çindən yola salınan ikinci yük qatarı Bakıya çatıb
Zəngəzur dəhlizi açılacaq, Ermənistan da bu fikri qulağına sırğa eləməlidir - Deputat
Daha bir marşrut xəttində gedişhaqqı “BakıKart”la ödəniləcək
Bu il TAP vasitəsilə tədarük olunan qazın həcmi açıqlanıb
2021-ci ilin ən yaxşı avtomobili açıqlanıb
Bərdə sakininin həkim səhlənkarlığı ilə bağlı şikayəti araşdırılır - Baş Prokurorluq
AQTİ mütəxəssisləri pestisid qalıqları və mikotoksinlərin analizi üzrə beynəlxalq təlimlərə cəlb olunub
Mehridə etirazçılar Paşinyanın kortejinin qarşısını kəsib (VİDEO)
Bakı Ali Neft Məktəbi regional “Petrobowl” yarışının qalibi olub
Azərbaycan nefti ucuzlaşıb
Dövlət Vergi Xidməti və DGK-dən büdcəyə daxilolmalar proqnozu üstələyib
Ötən gün ölkədə 30 yanğın olub, 4 azyaşlı xilas edilib
Beş rayonda 10 kənd yolu yenidən qurulur (FOTO)
Dövlət büdcəsində 212 milyon manat profisit yaranıb
Keçmiş arvadını öldürən Tərtər sakininin məhkəməsi başlayır
“Müasir biologiyanın pandemiya sınağı” adlı videoformatda elmi-praktik konfransı keçiriləcək
"ATV" cərimələnib, "Bizimləsən" proqramının yayımı dayandırılıb
Bərdədə vətəndaşların mənzillərini qarət edən dəstə yaxalandı
Ağır yaralanan daha 12 qazi Türkiyəyə göndərilib (FOTO)
Dünya Bankı neft qiymətləri ilə bağlı proqnozlarını açıqlayıb
Bakıda özünü və iki körpəsini binadan atan qadının məhkəməsi başlayır
Avropa Superliqası fəaliyyətini dayandırdı - Bəyanat
Azərbaycanda auditin rəqəmsallaşdırılması üzrə işlər sürətləndirilir - Auditorlar Palatasının sədri
Azərbaycanda neft hasilatı azalıb, qaz hasilatı isə artıb
Qusarda narkotik becərən şəxs yaxalanıb (FOTO)
2 koronavirus xəstəsi küçədə saxlanıldı (FOTO)
Kaspersky 2020-ci ilin maliyyə yekunlarını təqdim edib
Bakıda meyiti damda tapılan qız niyə ölüb? - Araşdırma başladı
Polis Saatlı və Zərdabda əməliyyat keçirdi, silahlı şəxslər yaxalandı
Qubadlının Ulaşlı kəndi (VİDEO)
Bu həftə ünvanlı yardımın ödənilməsi nəzərdə tutulub - DSMF
Evini tərk edən daha 9 aktiv koronavirus xəstəsi saxlanıldı
Ermənistan üçtərəfli bəyanatın icrası əvəzinə, beynəlxalq ictimaiyyəti yanıltmağa çalışır - XİN
Azərbaycanda maliyyə hesabatı verən siyasi partiyaların sayı artıb
Bakıda binanın damında gənc qız meyiti tapılıb
Xaçmazda 3 otaqlı ev yanıb
Pandemiyadan sonra hansı sahələr daha tez bərpa olunacaq? - ŞƏRH
Kanada ABŞ sərhədləri 21 aprelə qədər bağlı qalacaq
Aprelin 21-də xarici valyutaların manata qarşı məzənnələri
Ağstafada yas mərasimi keçirmək istəyən şəxslər saxlanılıb (FOTO)
Bütün xəbərlər