...

"Nar" Bakı-2015 ilə tərəfdaşlığa həsr olunmuş pavilyonu təqdim etdi (FOTO)

Baku 2015 : EUROGAMES Materials 11 İyun 2015 16:23 (UTC +04:00)
Pavilyonda mobil operator ilə bu möhtəşəm idman yarışlarını birləşdirən ümumi dəyərlər ön plana çəkildi.
"Nar" Bakı-2015 ilə tərəfdaşlığa həsr olunmuş pavilyonu təqdim etdi (FOTO)

Azərbaycan, Bakı, 11 iyun /Trend/

"Nar" özünün yeni brendi və Bakı-2015 ilk Avropa Oyunları ilə rəsmi tərəfdaşlığa həsr olunmuş pavilyonu geniş ictimaiyyətə təqdim etdi.

Pavilyonda "Nar" ilə Avropa Oyunlarının bölüşdükləri ümumi dəyərlər təşviq olunur. Mobil operatorun hər bir fərdə dəstək verdiyi, lakin birlik və bərabərliyi də yüksək qiymətləndirdiyi bu məkanda xüsusi vurğulanır. Avropa oyunlarının əsas hədəflərindən biri də məhz insanların bu möhtəşəm idman bayramı ətrafında birləşmələrini təmin etməkdən ibarətdir. Hamılıqla bu mötəbər tədbirin daha unikal bir ab-havada keçməsini təmin etmək və idmançıların daha yüksək nəticə göstərmələrinə dəstək olmaq mümkündür, çünki güc birlikdədir.

"Azerfon" şirkətinin baş icraçı direktoru Kent Maknili və Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleq qonaqları salamlayaraq, Avropa Oyunlarının Azərbaycan üçün olan əhəmiyyətindən söhbət açdılar və onları bu möhtəşəm idman tədbirindən zövq almağa dəvət etdilər. K.Maknili, həmçinin "Nar" ilə Avropa Oyunları arasındakı sıx tərəfdaşlıqdan bəhs etdi və qonaqlara "Nar" pavilyonu haqqında qısa məlumat verdi.

Rəsmi hissədən sonra K.Maknili mobil operatorun yeni "Nar bağı" brend fəlsəfəsinə uyğun olaraq, tədbirin xüsusi qonaqları - tanınmış mətbuat nümayəndəsi Elnur Baimov, şoumen Murad Dadaşov və aparıcı Nərgiz Cəlilovanı pavilyonun kənarında simvolik ağac əkməyə dəvət etdi.

Qeyd edək ki, bu pavilyonda qonaqlar "Nar" brendinin yenilənmə tarixçəsi ilə yaxından tanış olacaq, su səthində unikal videogörüntü izləmək şansı əldə edəcək, Avropa Oyunları atmosferinə qərq olacaq, fotolar çəkdirəcək və "Nar" operatorundan müxtəlif hədiyyələr alacaqlar.

Pavilyonun fəaliyyət saatları 14:00-dan gecəyarısı saat 00:00-dəkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti