...

Rusiyanın idman naziri II Avropa Oyunlarının keçirilməsi məsələsinə aydınlıq gətirdi

Baku 2015 : EUROGAMES Materials 12 İyun 2015 17:42 (UTC +04:00)
Rusiya 2019-cu ildə II Avropa Oyunlarının keçirilməsi məsələsini nəzərdən keçirmir.
Rusiyanın idman naziri II Avropa Oyunlarının keçirilməsi məsələsinə aydınlıq gətirdi

Azərbaycan, Bakı, 12 iyun /Trend, müxbir Ənvər Məmmədov/

Rusiya 2019-cu ildə II Avropa Oyunlarının keçirilməsi məsələsini nəzərdən keçirmir. Bu barədə Trend-ə Rusiyanın idman naziri Vitali Mutko deyib.

O bildirib ki, buna səbəb 2021-ci ilədək təqvimlərinin sıx və gərgin olmasıdır: "Bildiyiniz kimi, Konfederasiyalar kuboku və futbol üzrə dünya çempionatına ciddi hazırlıq gedir, buna görə hələlik II Avropa Oyunlarının keçirilməsi məsələsinə baxmırıq".

Bakıda keçirilən I Avropa Oyunları barədə danışan V.Mutko yarışların yüksək səviyyədə keçəcəyinə əmin olduğunu dilə gətirib: "Hazırlıq yüksək səviyyədədir. İdman obyektləri, yerləşmə məkanları və digər infrastrukturların hamısı peşəkarcasına, ən əsası isə ürəklə həyata keçirilib. Əminəm ki, Oyunlar ən yüksək səviyyədə keçiriləcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti