...

Bakıda karate üzrə yarışlar start götürüb (CANLI YAYIM)(FOTO)

Baku 2015 : EUROGAMES Materials 13 İyun 2015 10:08 (UTC +04:00)
Bu gün Bakıda I Avropa Oyunları çərçivəsində kişilər və qadınlar arasında karate üzrə yarışlar start götürüb.
Bakıda karate üzrə yarışlar start götürüb (CANLI YAYIM)(FOTO)

Azərbaycan, Bakı, 13 iyun /Trend/

Bu gün Bakıda I Avropa Oyunları çərçivəsində kişilər və qadınlar arasında karate üzrə yarışlar start götürüb.

Bu gün karatenin kumite növü üzrə 6 dəst medal - 3-ü 60, 67 və 75 kiloqrama qədər çəki dərəcələri üzrə kişilər və 50, 55 və 61 kiloqrama qədər çəki dərəcələri üzrə qadınlar arasında oynanılacaq.

Azərbaycanı Firdovsi Fərzəliyev (60 kiloqrama qədər), Niyazi Əliyev (67 kiloqrama qədər), Rafael Ağatev (75 kiloqrama qədər), Nuranə Əliyeva (50 kiloqram), İlahə Qasımova (55 kiloqram) və Fəridə Əbiyeva (61 kiloqrama qədər) təmsil edəcək.

Bütün Yarışlar "Crystal Hall"-da keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti