...

Belçikalı məşqçi: Milli Gimnastika Arenası çox genişdir, qurğular müasir səviyyədədir

Baku 2015 : EUROGAMES Materials 14 İyun 2015 18:43 (UTC +04:00)
"Birinci Avropa Oyunları Avropada idmanın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir, idmançıların qarşısında böyük bir qapı açır".
Belçikalı məşqçi: Milli Gimnastika Arenası çox genişdir, qurğular müasir səviyyədədir

Azərbaycan, Bakı, 14 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Birinci Avropa Oyunları Avropada idmanın inkişafı üçün mühüm əhəmiyyət kəsb edir, idmançıların qarşısında böyük bir qapı açır". Bunu Trend-ə birinci Avropa Oyunlarında iştirak edən Belçikanın gimnastika komandasının məşqçisi Cak Renson deyib.

O bildirib ki, Azərbaycan bu Oyunlara ev sahibliyi etməklə yeni bir ənənənin əsasını qoydu və gənc idmançıların qarşısında böyük bir şans yaratdı.

Azərbaycana ilk dəfə səfər etdiyini deyən belçikalı məşqçi ölkəni çox bəyəndiyini diqqətə çatdırıb: "Azərbaycan doğrudan da gözəl ölkədir. Atletlər kəndində hər şey çox gözəl təşkil olunub, həm qalmaq yeri, həm qidalanma, həm də idmançıların istirahəti üçün hər cür şərait yaradılıb. Milli Gimnastika Arenası çox genişdir, qurğular müasir səviyyədədir".

C.Renson Avropa Oyunlarının açılış mərasiminin də yüksək səviyyədə təşkil olunduğunu qeyd edib: "Mən açılş mərasimində də iştirak etdim; çox təsirli idi, Olimpiya Oyunlarının açılış mərasimi səviyyəsində idi. Səhnə quruluşu, alov, işıqlar, yüksək rütbəli dövlət adamlarının, Ledi Qaqanın iştirakı - həqiqətən də hər şey çox gözəl təşkil olunmuşdu".

Xəbər lenti

Xəbər lenti