...

Avropa Oyunlarında idman gimnastikası yarışlarının ikinci günündə idmançılar mübarizələrini davam etdirir (ƏLAVƏ OLUNUB) (FOTO)

Baku 2015 : EUROGAMES Materials 15 İyun 2015 12:47 (UTC +04:00)
Birinci Avropa Oyunları çərçivəsində Milli Gimnastika Arenasındakı yarışların 2-ci gününə start verilib.
Avropa Oyunlarında idman gimnastikası yarışlarının ikinci günündə idmançılar mübarizələrini davam etdirir (ƏLAVƏ OLUNUB) (FOTO)

İlk xəbər saat 10:00-da yayılıb (Fotolar əlavə edilib)

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir Elçin Mehdiyev/

Birinci Avropa Oyunları çərçivəsində Milli Gimnastika Arenasında idman gimnastikası yarışlarının 2-ci gününə start verilib.

Trend-in məlumatına görə, bu gün həm kişi, həm qadın komandaların yarışında medalların sahibləri bəlli olacaq.

Qeyd edək ki, ötən gün idman gimnastikası üzrə çöxnövçülük yarışlarının təsnifat mərhələsinin nəticələrinə əsasən kişilər arasında fərdi yarışlarda üç hərəkətdən (sərbəst hərəkətlər, at üzərində hərəkətlər, halqalar) sonra ukraynalı Oleq Vernyayev (45,000) liderdir. Rusiya idmançısı David Belyavski bu günün ikincisi olub (44,000). Ölkəmizi təmsil edən Oleq Stepko isə hesabında 43,899 xalla üçüncü pillədədir.

Kişilər arasında komanda yarışlarında Ukrayna gimnastları (88,598) birinci, Rusiya komandası (88,199) ikinci, Azərbaycan gimnastları isə (86,098) üçüncü pillədə qərarlaşıb.

Qadınlar arasında komanda yarışlarında Rusiya komandası 60,165 xalla birinciliyini qoruyur. İkinci pillədə Almaniya gimnastları (58,066), üçüncü isə Macarıstan (55,964) idmançılarıdır.

Qadınların fərdi yarışlarında iki hərəkətin (müxtəlif hündürlüklü qollar, dayaqla tullanma) yekununa görə rusiyalı Aliya Mustafina ən yüksək nəticə göstərib. İkinci və üçüncü yerləri də onun həmyerliləri tutublar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti