...

İsveçrəli idmançılar: Avropa Oyunlarında çox güclü gimnastlar iştirak edirlər (FOTO)

Baku 2015 : EUROGAMES Materials 15 İyun 2015 17:01 (UTC +04:00)
"Avropa Oyunları özünəməxsus və çox gözəl bir yarışmadır. Bu yarışma idmanın inkişafına yaxşı təsir edir".
İsveçrəli idmançılar: Avropa Oyunlarında çox güclü gimnastlar iştirak edirlər (FOTO)

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir Elçin Mehdiyev/

"Avropa Oyunları özünəməxsus və çox gözəl bir yarışmadır. Bu yarışma idmanın inkişafına yaxşı təsir edir". Bunu Trend-ə Avropa Oyunlarında iştirak edən İsveçrənin idman gimastikası üzrə qadınlardan ibarət komandasının üzvü Cesika Diaci bildirib.

O, qeyd edib ki, bu Oyunlarda iştirak etmək onun üçün çox faydalı olub və yeni təcrübə qazanıb: "Burada çox güclü gimnastlar iştirak edirlər. Medal qazanmaq olduqca çətindir".

Komandanın digər üzvü Katerina Barloqqio da Avropa Oyunlarının onun üçün əhəmiyyətli olduğunu qeyd edib: "Avropa Oyunları çox yaxşı ideyadır. Bu Oyunlar idmana yeni ənənə gətirdi və gənc idmançlar üçün bir şans yaratdı".

Hər iki idmançı onlar üçün Atletlər kəndində yaradılan şəraitdən və yarışların keçirildiyi Milli Gimnastika Arenasının imkanlarından çox razı qaldıqlarını bildirib. Azərbaycana ilk dəfə gəldiklərini deyən gimnastlar ölkəmizi çox bəyəndiklərini bildiriblər.

Gimnastlar boş vaxtlarında Bakıda gəzməyə çıxmaq və milli xörəklərin dadına baxmaq arzusunda olduqlarını bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti