...

Rusiyalı azarkeş: Avropa Oyunları çox yüksək səviyyədə təşkil olunub

Baku 2015 : EUROGAMES Materials 15 İyun 2015 19:09 (UTC +04:00)
Rusiyalı azarkeş vurğulayıb ki, bütün arenalar çox müasirdir, hər şey çox yüksək səviyyədə təşkil olunub.
Rusiyalı azarkeş: Avropa Oyunları çox yüksək səviyyədə təşkil olunub

Azərbaycan, Bakı, 15 iyun /Trend, müxbir Maksim Tsurkov/

"Avropa Oyunları çox yüksək səviyyədə təşkil olunub". Bunu Trend-ə yarışları izləyən rusiyalı azarkeş Yekaterina Frolova deyib.

O, ilk dəfə Bakıya gəldiyini bildirib: "Mən qızlarım Kseniya və Yevgeniya ilə Sankt-Peterburqdan gəlmişəm. Bakı bizim çox xoşumuza gəldi, paytaxtınız çox gözəldir. Kiçik qızım Jenyanın iyunun 17-də ad günüdür və o, xahiş etdi ki, hədiyyə qismində Avropa Oyunlarına gedək. Beləliklə, Bakıya səfər atasının ona hədiyyəsidir. Biz bura gəldiyimiz üçün çox xoşbəxtik. Biz artıq voleybol matçında olmuşuq, bu gün isə gimnastlarımıza azarkeşlik edirik".

Rusiyalı azarkeş vurğulayıb ki, bütün arenalar çox müasirdir, hər şey çox yüksək səviyyədə təşkil olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti