Avropa Oyunlarının Əməliyyat Komitəsi: "Bağlanış mərasimi üçün artıq bilet qalmayıb"

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir Elçin Mehdiyev/
Bakıda keçirilən I Avropa Oyunlarının bağlanış mərasimi üçün artıq bilet qalmayıb.
Trend-in məlumatına görə, bunu Bakıda keçirilən mətbuat konfransı zamanı I Avropa Oyunlarının Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq deyib.
S.Kleq deyib ki, dünən əlavə olaraq yarışlar üçün 13.5 min bilet satılıb: "Son 3 gündə 37.500-dən çox bilet satılıb. Bağlanış mərasiminə 48 min bilet satılıb, artıq bağlanış mərasimi üçün bilet qalmayıb. Yarışlar başa çatdıqca idmançılar və nümayəndə heyətləri öz ölkələrinə qayıtmaqdadır. Avropa Oyunları tamaşaçı baxımından yüksək nəticəyə malikdir. Bir çox sessiyalarda 100 faiz tamaşaçı müşahidə etmişik".
Xəbər lenti
Prezident İlham Əliyev: Qaçaqmalçılıqla Rusiyadan Ermənistana külli miqdarda silahlar göndərilmişdir
Prezident İlham Əliyev: Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də
Prezident İlham Əliyev: May ayının sonuna qədər Ağdamın baş planının ilkin versiyası təqdim olunacaq