...

“Bakı 2015” Avropa Oyunları çərçivəsində “Coca-Cola” fan-zonası minlərlə insan toplayacaq (FOTO)

Baku 2015 : EUROGAMES Materials 16 İyun 2015 12:40 (UTC +04:00)
Bakı bulvarında Oyunların canlı yayımını izləmək, milli komandamıza azarkeşlik etmək və ya dostlarla, həmçinin digər azarkeşlərlə dincəlmək imkanı verən böyük “Coca-Cola” oyun zonası açılıb.
“Bakı 2015” Avropa Oyunları çərçivəsində “Coca-Cola” fan-zonası minlərlə insan toplayacaq (FOTO)

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Bakı bulvarında ilk Avropa Oyunlarının canlı yayımını izləmək, milli komandamıza azarkeşlik etmək və ya dostlarla, həmçinin digər azarkeşlərlə dincəlmək imkanı verən böyük "Coca-Cola" oyun zonası açılıb.

Şirkətdən Trend-ə verilən məlumata görə, həyatını oyunlarla və xoşbəxtliklə zənginləşdir - bu, "Bakı 2015" İlk Avropa Oyunlarının rəsmi tərəfdaşı olan "Coca-Cola" şirkətinin əsas şüarıdır. Qarşıdan gələn və ilin ən irimiqyaslı, qlobal yarışlarından olan bu idman hadisəsi qürur, sevinc və yüksək əhval-ruhiyyə ilə, başqa sözlə xoşbəxt anlarla zəngin olacaq. "Coca-Cola" mötəbər tədbirin yaddaşlarda qalaraq xoş təəssüratlar yaşatması üçün Oyunların idman irsini uzun illər ərzində qoruyub saxlamağa yardımçı olacaq.

Özəlliklə Avropa Oyunları üçün çoxsaylı kampaniya və aksiyalar həyata keçirilir. Bu cür genişmiqyaslı tədbirlərdən biri şəhərin mərkəzində, tanınmış Bakı bulvarında 200 kv. metr sahəyə malik böyük "Coca-Cola" fan-zonasının açılmasıdır. Oyunların son gününədək bayram əhval-ruhiyyəsinin özəl bir tərzdə hiss olunması üçün fan-zonada bütün gərəkli işlər görülüb. Milli yığma komandamızı dəstəkləyən və azarkeşlik edən hər bir kəs idmançılarımızın çıxışlarını sözügedən fan-zonada canlı yayımda izləyə bilərlər. Oyunların gedişatında fan-zona ümumilikdə 20 minədək bayram iştirakçısı və qonaq qəbul etmək imkanında olacaq.

"Avropa Oyunları sadə bir idman yarışması deyil, bütün iştirakçılara və tamaşaçılara ən xoş təəssüratlar yaşadacaq dünya miqyaslı idman hadisəsidir. Bakının ən mənzərəli və tanınmış rayonlarından olan dənizkənarı bulvarda yerləşən "Coca-Cola" fan-zonasını bayram ab-havasının hökm sürəcəyi mərkəzi yerlərdən birinə çevirmək istəyirik. Burada insanlara özlərini möhtəşəm idman hadisəsinin iştirakçısı olmaq imkanı yaradan cürbəcür fəallıqlar təqdim olunur. Avropa Oyunlarına ev sahibliyi edən Bakının sakinlərini və şəhərin qonaqlarını fan-zonaya dəvət edirik!", - deyə "Coca-Cola"nın Qafqaz və Mərkəzi Asiya regionu üzrə baş direktoru Nirac Qarq qeyd edib.

"Coca-Cola"nın qonaqları bayram əhval-ruhiyyəsini və xoşbəxt anları müxtəlif cür paylaşa biləcəklər. Məsələn, foto üçün nəzərdə tutulan xüsusi sahədə daha sonra fan-zonanın mərkəzində böyük LED ekranda nümayiş olunacaq parlaq və emosional şəkillər çəkdirmək olar. Bundan əlavə fan-zonaya gələnlərə sağlam həyat tərzinin təbliğinə yönəlmiş müxtəlif fəallıqlara təklif edilir.
Oyunlar ərzində şəkillərdən əlavə LED ekranda yarışların nəticələri, idman obyektlərindən canlı bağlantılar, "Bakı 2015"in ən maraqlı görüntüləri: idmançıların, azarkeşlərin, Avropa Oyunlarının qonaqlarının həyəcanı nümayiş etdiriləcək.

Fan-zonanın ab-havası yarışların coşqusuna tam uyğundur. Dinamik, müasir musiqi, əyləncəli oyunlar və fəallıqlar, soyuq sərinləşdirici "Coca-Cola" içkiləri və xoş insanların əhatəsi Bakıdakı Olimpiya bayramının ayrılmaz hissəsini təşkil edir.

"Coca-Cola" hər kəsi Avropa Oyunlarına bilet qazanmaq imkanı yaradan "Facebook" və "İnstagram"dakı səhifələrində dəvət edir!
Qeyd etmək lazımdır ki, "Coca-Cola" fan-zonasının açılışında "Bakı 2015" İlk Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Saymon Kleq və digər rəsmi şəxslər iştirak edib.

"Bakı 2015" İlk Avropa Oyunlarının rəsmi tərəfdaşı olaraq "Coca-Cola" şirkəti Azərbaycanda fəal və sağlam həyat tərzinin təbliği üçün Oyunların irsinin qurulması və qorunub saxlanmasını labüd hesab edir. Şirkət "Bakı 2015" təcrübəsini gələcəkdə də insanların bədən tərbiyəsi və idmanla məşğul olmağının təşviqində istifadə edəcək. Qlobal kampaniya çərçivəsində "Coca-Cola" şirkəti "Bakı 2015"-ə həsr olunmuş video-çarxı, həmçinin üzərində Azərbaycan milli yığmasının idmançılarının adları əks edilmiş xüsusi "Coca-Cola" məhsulları təqdim edib.

"Coca Cola" şirkəti haqqında:
"Coca-Cola" şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan "Coca-Cola" ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına "Diet Coke", "Fanta", "Sprite", "Coca-Cola Zero", "vitaminwater", "POWERADE", "Minute Maid", "Simply", "Georgia", "Dasani", "FUZE TEA" və "Del Valle" kimi brendlər aiddir. Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" şirkəti dünyada TOP-onluğa daxildir. "Coca-Cola" şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti