...

Rusiyalı atıcı: "I Avropa Oyunları idmançılara böyük təcrübə qazandırır"

Baku 2015 : EUROGAMES Materials 17 İyun 2015 00:29 (UTC +04:00)
I Avropa Oyunları idmançılar üçün olduqca vacibdir, çünki iri yarışlarda iştirak təcrübəsi qazandırır.
Rusiyalı atıcı: "I Avropa Oyunları idmançılara böyük təcrübə qazandırır"

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

I Avropa Oyunları idmançılar üçün olduqca vacibdir, çünki iri yarışlarda iştirak təcrübəsi qazandırır. Bunu Trend-ə rusiyalı atıcı Nazar Luqinets deyib.

Onun sözlərinə görə, Avropada belə yarışları keçirmək ideyası çoxdan var idi: "Belə irimiqyaslı yarışlar idmançılar üçün olduqca vacibdir, çünki iştirak təcrübəsi qazandırır".

N.Luqinets əlavə edib ki, Bakı Atıcılıq Mərkəzi idmançılar üçün çox rahatdır: "Pnevmatik tiri olduqca idealdır. Fikrimcə, dünyada ondan yaxşısı yoxdur. Onunla yalnız Pekində 2008-ci il olimpiadası üçün tikilmiş mərkəz müqayisə edilə bilər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti