...

Azərbaycanın kişi sərbəst güləşçiləri qızıla doğru: iki idmançımız finalda (ƏLAVƏ OLUNUB 8) (FOTO)

Baku 2015 : EUROGAMES Materials 17 İyun 2015 14:10 (UTC +04:00)
Bu gün Bakı 2015 birinci Avropa Oyunlarında kişilər arasında sərbəst güləş yarışları başlayır.
Azərbaycanın kişi sərbəst güləşçiləri qızıla doğru: iki idmançımız finalda (ƏLAVƏ OLUNUB 8) (FOTO)

İlk xəbər 09:34-də yayılıb

Azərbaycan, Bakı, 17 iyun /Trend, müxbir İlkin İzzət/

Bu gün Bakı 2015 birinci Avropa Oyunlarında kişilər arasında sərbəst güləş yarışları başlayır. Heydər Əliyev adına İdman Sarayında keçirilən yarışlarda xalça üzərinə Azərbaycanın 4 güləşçisi çıxacaq.

Trend xəbər verir ki, sərbəst güləş yarışlarının ilk günündə 57, 65, 74 və 97 kq çəkidə pəhləvanlar mübarizə aparır.

57 kq
1/8 final - Yaşar Əliyev - Zoheir El Ouarraqe (Fransa)

65 kq
1/16 final - İlyas Bekbulatov (Rusiya) - Toğrul Əsgərov

74 kq
1/8 final - Mihaly Nagy (Macarıstan) - Cəbrayıl Həsənov

97 kq
1/16 final - Radoslav Baran (Polşa) - Xetaq Qazyumov

XXX

Toğrul Əsgərov 1/8 finala vəsiqə qazanıb

Təmsilçilərimizdən xalça üzərinə ilk olaraq 1/8 final mərhələsində 65 kq çəki dərəcəsində mübarizə aparan Toğrul Əsgərov çıxıb. O, Rusiya güləşçisi İlyas Bekbulatovla qarşılaşıb.

Gərgin mübarizəşəraitində keçən görüşdə Olimpiya çempionumuz rəqibinə 8:7 hesabı ilə qalib gələrək növbəti mərhələyə çıxıb. Onun 1/8 finaldakı rəqibi Moldova təmsilçisi Mihail Savadır.

XXX

Xetaq Qazyumov növbəti mərhələdə

Azərbaycan 97 kq çəkidə təmsil edən Xetaq Qazyumov 1/16 finalda Polşa idmançısı Radoslav Baranla üz-üzə gəlib.

Olimpiya oyunlarının bürünc mükafatçısı Xetaq Qazyumov rəqibinə heç bir şans verməyib və vaxtından əvvəl 10:0 hesabı ilə tam qalib gələrək 1/8 finala vəsiqə əldə edib.

Növbəti mərhələdə onun rəqibi Moldova güləşçisi Nikolai Çeban olacaq.

XXX

Yaşar Əliyev 1/4 finalda

Ölkəmizi 57 kq çəki dərəcəsində təmsil edən güləşçimiz Yaşar Əliyev 1/8 finalda Fransa idmançısı Zoheir El Ourraqe ilə qarşılaşıb.

2013-cü ilin Avropa çempionatının bürünc mükafatçısı Yaşar Əliyev rəqibindən daha üstün güləş nümayiş etdirərək 9:4 hesabı ilə qalib gəlib və 1/4 finala çıxıb. Yaşar Əliyevin növbəti mərhələdəki rəqibi Ermənistan güləşçisi Qarik Barseqyan olacaq.

XXX

Toğrul Əsgərov 1/4 finala vəsiqə qazanıb

65 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Toğrul Əsgərov 1/8 finalda Moldova təmsilçisi Mihail Sava ilə qarşılaşıb. Rəqibindən açıq-aşkar olan pəhləvanımız vaxtından əvvəl 10:0 hesabı ilə qalib gələrən 1/4 finala vəsiqə əldə edib.

XXX

Cəbrayıl Həsənov da 1/4 finala çıxdı

74 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan güləşçisi Cəbrayıl Həsənov 1/8 finalda macarıstan təmsilçisi Mihali Nagi ilə üz-üzə gəlib.

İkiqat Avropa çempionumuz, Dünya çempionatının bürünc mükafatçısı Cəbrayıl Həsənov ilk qarşılaşmasında rəqibindan hərtərəfli üstün olaraq vaxtından əvvəl 10:0 hesabı ilə tam qələbə qazanaraq növbəti mərhələyə çıxıb.

XXX

Cəbrayıl Həsənov uduzdu

74 kq çəki dərəcəsində mübarizə aparan güləşçisimız Cəbrayıl Həsənov 1/4 final mərhələsində Türkiyə güləşçisi Soner Demirtaşla üz-üzə gəlib.

Qardaş ölkə təmsilçisi ilə qarşılaşmada güləşçimiz 3:5 hesabı ilə məğlub olub.

XXX

Xetaq Qazyumov 1/4 finala vəsiqə qazandı

Azərbaycanı 97 kq çəkidə təmsil edən Xetaq Qazyumov 1/8 finalda Moldova güləşçisi Nikolay Çebanla qarşılaşıb.

Pəhləvanımız moldovalı güləşçiyə bircə xal da vermədən rəqibini 4:0 hesabı ilə məğlub edərək 1/4 finala vəsiqə əldə edib.

XXX

Azərbaycanlı güləşçi erməni rəqibini məğlub edərək yarımfinala çıxdı.

Ölkəmizi 57 kq çəki dərəcəsində təmsil edən güləşçimiz Yaşar Əliyev 1/4 finalda Ermənistan güləşçisi Qarik Barseqyanla üz-üzə gəlib.

Heydər Əliyev adına İdman Sarayında tamaşıçaların möhtəşəm dəstəyi altında pəhləvanımız düşmən ölkə idmançısına 10:6 hesabı ilə qalib gələrək adını yarımfinala yazdırıb.

XXX

Cəbrayıl Həsənov bürünc medal uğrunda yarışları davam etdirəcək.

C.Həsənovu məğlub edən Türkiyə güləşçisi Soner Demirtaş finala vəsiqə əldə edə bildiyindən təmsilçimiz mübarizəsini bürünc medal uğrunda təsəlliverici yarışlarda davam etdirəcək.

XXX

Xetaq Qazyumov da yarımfinalda

Azərbaycanı 97 kq çəkidə təmsil edən Xetaq Qazyumov 1/4 finalda Belorus təmsilçisi İbrahim Saidovla güləşib.

Pəhləvanımız gərgin keçən qarşıılaşmada çətinliklə də olsa rəqibinə 2:1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

XXX

Toğrul Əsgərov da yarımfinalda

65 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Toğrul Əsgərov 1/4 finalda Fransa güləşçisi Maksim Fiqe iklə qarşılaşıb.

Təmsilçimiz fransızdan daha üstün güləşərək onu vaxtından əvvəl 10:0 hesabı ilə məğlub edib və adını yarışların yarımfinalına yazdırıb.

XXX

Xetaq Qazyumov finala çıxdı

Azərbaycanı 97 kq çəkidə təmsil edən Xetaq Qazyumov sərbəst güləşçilərin yarımfinal qarşılaşmasında Rusiyanın güclü güləşçilərindən sayılan Abdusalam Qadisovla qarşılaşıb.

Mütəxəssislərin Qadisovun şansını daha yüksək dəyərləndirməsinə baxmayaraq pəhləvanımız əsl əzm göstərərək güclü rəqibini 4:2 hesabı ilə məğlub etməyi bacarıb və adını finala yazdırıb.

XXX

Toğrul Əsgərov da finalda

Avropa Oyunlarının sərbəst güləş yarışlarında 65 kq çəki dərəcəsində mübarizə aparan güləşçimiz Toğrul Əsgərov yarımfinalda Belorus təmsilçisi Azamat Nurikov ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən görüşdə Olimpiya çempionumuz rəqibinə 7:2 hesabı ilə qalib gələrək Avropa Oyunlarının finalında qızıl medal uğrunda güləşmək hüququ əldə edib.

XXX

Cəbrayıl Həsənov bürünc medal uğrunda görüşə çıxacaq

74 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Cəbrayıl Həsənov bürünc medal uğrunda təsəlliverici yarışlardakı Finlandiya güləşçisi Henri Seleniusla qarşılaşıb.

Pəhləvanımız bundan əvvəlki məğlubiyyətinin əvəzini fin rəqibindən çıxaraq vaxtından əvvəl 11:0 hesabı ilə qalib gəlib və 3-cü yer uğrunda yarışmaq hüququ əldə edib.

Bürünc medal uğrunda görüşdə Cəbrayılın rəqibi bolqarıstanlı idmançı Kiril Terziyev olacaq.

XXX

Yaşar Əliyev də bürünc medal uğrunda yarışacaq

Azərbaycanı Avropa Oyunlarının sərbəst güləş yarışlarında 57 kq çəki dərəcəsində təmsil edən Yaşar Əliyev yarımfinalda Rusiya güləşçisi, dünya çempionu Viktor Lebedevlə üz-üzə gəlib.

Güclü rus güləşçisinə müqavimət göstərməsinə baxmayaraq təmsilçimiz məğlubiyyətdən yaxa qurtara bilməyib və 1:3 hesabı ilə yenilib.

Bu nəticə ilə Yaşar Əliyev bürünc medal uğrunda görüşə çıxacaq. Həmin görüşdə güləşçimizin rəqibi Türkiyə idmançısı Sezar Akgül olacaq.

Qeyd edək ki, yarışların ilk iki günündə mübarizə aparan yunan-Roma güləşçilərimiz iki dəst medal qazanıb. Rəsul Çunayev (71 kq) və Elvin Mürsəliyev (75 kq) qızıl, Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) gümüş, Elman Muxtarov (59 kq) və Həsən Əliyev (66 kq) bürünc medala sahib olub.

Qadın güləşçilərin yarışında güləşçilərimiz 2 qızıl və 1 bürünc medal qazanıb. Qızıl medalları yığmamıza Mariya Stadnik (48 kq) və Anjela Doroqan (53 kq), bürüncü isə Nataliya Sinişin (55 kq) qazandırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti