...

MOK-da ötən gün Avropa Oyunlarında medal qazanmış idmançılarımızla ənənəvi görüş (FOTO)

Baku 2015 : EUROGAMES Materials 18 İyun 2015 16:23 (UTC +04:00)
Bu gün Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) I Avropa Oyunlarında mükafat qazanan idmançılarımızla ənənəvi görüş keçirilib.
MOK-da ötən gün Avropa Oyunlarında medal qazanmış idmançılarımızla ənənəvi görüş (FOTO)

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Vüqar İmanov/

Bu gün Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) I Avropa Oyunlarında mükafat qazanan idmançılarımızla ənənəvi görüş keçirilib.

Trend-in məlumatına görə, mərasimdə MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın olimpiya çempionları Nazim Hüseynov və Rəfiqə Şabanova, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev iştirak ediblər.

Qeyd edilib ki, azərbaycanlı idmançılar Oyunların ilk günündən etibarən 11 qızıl, 3 gümüş və 9 bürünc medal qazanıblar. Çıxış edənlər əmin olduqlarını bildiriblər ki, Azərbaycan qarşıdakı günlərdə daha çox medal qazanacaq.

Sonra Avropa Oyunlarında kişilər arasında sərbəst güləş üzrə yarışların qalibləri Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq), bürünc mükafatçı Cəbrayıl Həsənov (74 kq) , eləcə də taekvondo yarışlarının qalibi Ayxan Tağızadəyə xatirə hədiyyələri təqdim edilib.

Daha sonra idmançılar nar ağacının qızıl, gümüş və bürünc medallarını tərənnüm edən simvolik bəhrələri üzərində imza atıblar.

Qonaqlara konsert proqramı təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti