...

Jorj Gelzek: Avropa Gimnastika İttifaqı və Azərbaycan Gimnastika Federasiyası hakimlik məsələsini müzakirə ediblər

Baku 2015 : EUROGAMES Materials 18 İyun 2015 18:48 (UTC +04:00)
Avropa Gimnastika İttifaqı və Azərbaycan Gimnastika Federasiyası Bakı-2015 Avropa Oyunlarında hakimlik məsələsini müzakirə ediblər.
Jorj Gelzek: Avropa Gimnastika İttifaqı və Azərbaycan Gimnastika Federasiyası hakimlik məsələsini müzakirə ediblər

Azərbaycan, Bakı, 18 iyun /Trend, müxbir Maksim Tsurkov/

Avropa Gimnastika İttifaqı və Azərbaycan Gimnastika Federasiyası Bakı-2015 Avropa Oyunlarında hakimlik məsələsini müzakirə ediblər. Trend-in məlumatına görə, bunu Bakıda mətbuat konfransında Avropa Gimnastika İttifaqının prezidenti Jorj Gelzek deyib.

O, qeyd edib: "Biz Azərbaycan Gimnastika Federasiyasının nümayəndələri ilə görüşdük və hakimlik məsələsini müzakirə etdik. Məlum olduğu kimi, bədii gimnastikada hakimlər iki kateqoriyaya bölünür: bəziləri elementlərin çətinliyini, digərləri isə onların icrasını qiymətləndirirlər. Biz Azərbaycan tərəfinin sorğusunu qəbul etdik".

J.Gelzek əlavə edib ki, Avropa Gimnastika İttifaqının Azərbaycan Gimnastika Federasiyası ilə çox yaxşı münasibətləri var və tərəflər arasında heç bir anlaşılmazlıq yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti