...

Aerobika gimnastikası üzrə qarışıq cütlüklər arasında yarışlar başa çatdı

Baku 2015 : EUROGAMES Materials 21 İyun 2015 11:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 iyun /Trend/

Bu gün I Avropa Oyunları çərçivəsində aerobika gimnastikası üzrə qarışıq cütlüklər arasında yarışlar başa çatıb.

Trend-in məlumatına əsasən, İspaniya cütlüyü Sara Moreno Lopes və Visente Li Loris 21.150 bal toplayaraq qızıl mükafata layiq görülüb.

İkinci yerə İtaliya təmsilçiləri Miçela Kastoldi və Davide Donati (21.050), üçüncü yerə isə rusiyalı duet Duxik Canazyan və Denis Solovyov (20.500) çıxıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti