İlk xəbər 10:00-da yayılıb
Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir İlkin İzzət/
Bu gün Bakı-2015 I Avropa Oyunlarında sambo yarışları start götürüb.
Trend-in məlumatına əsasən, bu mübarizədə 8 dəst medal oynanılacaq.
Həm kişilər, həm qadınlar 4 çəki dərəcəsində qüvvəsini sınayacaqlar.
Azərbaycan bu idman növündə 8 samboçu ilə təmsil olunur.
Kişilər arasında 57 kq çəki dərəcəsində Azərbaycan samboçusu İslam Qasımov 1/4 final görüşündə rumıniyalı Orlando Qruia ilə üz-üzə gələcək.
74 kq çəki dərəcəsində təmsilçimiz Amil Qasımov 1/4 finalda Tadey Cutuk (Sloveniya) - Kaxa Mamulaşvili (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.
90 kq çəki dərəcəsində Kənan Qasımovun 1/4 final mərhələsində rəqibi ukraynalı İvan Vasilçuk olacaq.
+100 kq çəki dərəcəsində isə Vasif Səfərbəyov 1/4 finalda Bayro Maşoviçlə (Makedoniya) üz-üzə gələcək.
Qadınlar arasında 52 kq çəki dərəcəsində ölkəmizi Nəzakət Xəlilova təmsil edəcək. O, ilk görüşünü 1/4 finalda Sodriana İoneskuya (Rumıniya) qarşı keçirəcək.
60 kq çəki dərəcəsində Şəhanə Hüseynova Yana Kostenko (Rusiya) - Şorena Şaradze (Gürcüstan) cütünün qalibi ilə qarşılaşacaq.
64 kq çəkidə 1/4 finaldan mübarizəyə qoşulacaq Fəridə Qurbanova ilk görüşündə Moldova təmsilçisi Yekaterina Sretu ilə görüşəcək.
68 kq çəki dərəcəsində isə Nərminə Əlizadə yarımfinala yüksəlmək üçün Olqa Namazova (Belarus) ilə qarşılaşacaq.
XXX
Ermənistanı 57 kq-dək kişi samboçuların yarışında təmsil edən Tiqran Kirakosyan Rusiya idmançısı Aymergen Atkunov ilə qarşılaşıb. Rusiya idmançısı 4:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqə əldə edib.
XXX
Bir samboçumuz yarımfinalda
Azərbaycan təmsilçilərindən hamıdan əvvəl döşək üzərinə 90 kq-dək samboçuların yarışında çıxış edən Kənan Qasımov çıxıb. O, 1/4 finalda Ukrayna təmsilçisi İvan Vasilçukla qarşılaşıb.
Rəqibinə nisbətən daha üstün güləşən samboçumuz 2:1 hesabı ilə döyüşdən qalib ayrılıb və yarışların yarımfinal mərhələsinə vəsiqə əldə edib.
XXX
Daha bir sambçumuz yarımfinalda
Azərbaycanı 57 kq-dək kişi samboçuların yarışında təmsil edən İslam Qasımov 1/4 finalda Rumıniya idmançısı Orlando Qruia ilə üz-üzə gəlib.
Rəqibinə göz açmağa imkan verməy imkan verəyən samboçumuz vaxtndan əvvəl 9:0 hesablı tam qələbə qazanaraq yarımfinala çıxıb.
XXX
Qadın samboçumuz da yarımfinalda
Qadın samboçularımızdan döşək üzərində mübarizəyə ilk olaraq 52 kq-dək idmançıların yarışında çıxış edən Nəzakət Xəlilova çıxıb. O, 1/4 finalda Rumıniya samboçusu Codrina İonesku ilə qarşılaşıb.
Rəqibinə nisbətən daha çox fənd tətbiq edən samboçumuz sonda 4:1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqəni təmin edib.
XXX
52 kq-dək qadın samboçuların yarışından Ermənistan təmsilçisi Sose Balayanyan Rusiya samboçusu Anna Xaritonova ilə üzləşib. Rusiya idmançısı ağrıdıcı fənd işlədərək rəqibinə vaxından əvvəl tam üstünlüklə qalib gələrək yarımfinala çıxıb.
XXX
Fəridə Qurbanova 64 kq-dək samboçuların yarışıda yarımfinala vəsiqə uğrunda Moldova idmançısı Ekaterina Kretu ilə qarşılaşıb. Təmsilçimiz gərgin keçən döyüşdə məğlub olub.
XXX
Dördüncü samboçumuz yarımfinalda
Ən ağır çəkili samboçuların yarışına (+100 kq) çıxış edən Vasif Səfərbəyov 1/4 finalda makednoniyalı Bajro Maşovikj ilə qarşılaşıb.
Samboçumuz rəqibinə heç bir şans vermədən vaxtından əvvəl 8:0 hesablı tam qələbə qazanaraq yarımfinala çıxıb. Vasif Səfərbəyovun yarımfinaldakı rəqibi Ukrayna təmsilçisi, erməni əsilli Razmik Tonoyanla üz-üzə gələcək.
XXX
60 kq-dək qadın samboçumuz Şahanə Hüseynova 1/4 finalda Rusiya idmançısı Yana Kostenko ilə üzləşib. Gərgin keçən görüşdə Şahanənin müqavimətinə baxmayraq, Rusiya təmsilçisi qalib gəlib.
XXX
3-cü qadın samboçumuz məğlub olub
Azərbaycanı 68 kq-dək samboçuların yarışında təmsil edən Nərminə Əizadənin 1/4 finaldakı rəqibi Beorus samboçusu Volha Namazova olub. Təəssüf ki, döşək üzərində cəmi bir neçə saniyə tam gətirən samboçumuz vaxtından əvvəl məğlub olub.
XXX
Samboçumuz finala çıxa bilmədi
Azərbaycanı 90 kq-dək samboçuların yarışında təmsil edən Kənan Qasımov yarımfinalda Rusiya idmançısı Alsim Çernoskulovla münasibətlərə aydınlıq gətirib.
Gərgin mübarizə şəraitində keçən döyüşdə samboçumuz layiqli müqavimət göstərsə də, finala vəsiqə əldə edə bilməyib. O, bürünc medal uğrunda mübarizə aparacaq.
XXX
Amil Qasımov da yarımfinalda
74 kq-dək idmançıların yarışında çıxış edən Amil Qasımov 1/4 finalda Gürcüstan samboçusu Kaxa Mamilaşvili ilə qarşılaşıb.
Rəqibindən açıq-aşkar üstün olan samboçumuz vaxtından əvvəl 10:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
XXX
İslam Qasımov finalda
Azərbaycanı 57 kq-dək kişi samboçuların yarışında İslam Qasımov yarımfinalda Gürcüstan təmsilçisi Vaxtangi Çidraşvili ilə üzləşib.
Çox gərgin mübarizə şəraitndə keçən döyüşdə finala vəsiqənin taleyini cəmi bir xal həll edib. İslam Qasımov 1:0 hesabı ilə qaliv gələrək yarışların finalına çıxıb.
XXX
Qadın samboçumuz finalda
Qadın samboçularımızdan 52 kq-dək idmançıların yarışında çıxış edən Nəzakət Xəlilova yarımfinalda Litva samboçusu Ruta Aksionova ilə qarşılaşıb.
Nəzakət Xəlilova bu döyüşdə də bütün qüvvəsini ortaya qoyaraq rəqibindən üstün olmağı bacarıb. O, litvalı idmançıya qarşı ardıcıl effektiv fəndlər tətbiq edərək görüşü vaxtından əvvəl 8:0 hesabı ilə qalib gələrək adını finala yazdırıb.
XXX
Azərbaycan samboçusu erməniyə qalib gələrək finala çıxdı
Trend-in məlumatına görə, ən ağır çəkili samboçumuz (+100 kq) Vasif Səfərbəyov yarımfinalda erməni əsilli Ukrayna samboçusu Razmik Tonoyanla üz-üzə gəlib.
Hamının görüşün bərabər şəraitdə keçdiyini zənn etdiyi qarşılaşmada rəqibinə qarşı ağrıdıcı fənd tətbiq edən Vasif Səfərbəyov vaxtından əvvəl tam üstünlüklə qalib gələrək finala çıxıb.
XXX
Amil Qasımov da findalda
74 kq-dək kişi samboçuların yarışında çıxış edən Amil Qasımov yarımfinal döyüşündə Bolqarıstan samboçusu Martin İvanovla qarşılaşıb.
Daha üstün güləşən samboçumuz görüşdə bolqar rəqibinə qarşı bir neçə fənd tətbiq edib və nəticədə 4:3 hesabı ilə qalib gələrək Avropa Oyunlarının qızıl medalı uğrunda final görüşünə çıxmaq hüququ əldə edib.
XXX
Şahanə Hüseynova bürünc medal uğrunda mübarizəni davam etdirir
60 kq-da qadın samboçumuz Şahanə Hüseynova bürünc medal uğrunda təsəlliverici görüşdə Gürcüstan idmançısı Şorena Şaradze ilə üzləşib.
Şahanə Hüseynova görüşdə rəqibinə 4:2 hesabı ilə qalib gələrək bürünc medal uğrunda mübarizəsini davam etdirmək hüququ əldə edib.
XXX
Daha bir qadın samboçumuz bürünc medal uğrunda görüşə çıxacaq
Azərbaycanı 68 kq-dək samboçuların yarışında təmsil edən Nərminə Əlizadə bürünc medal uğrunda Fransa təmsilçisi Selin Konde ilə birbaşa qarşılaşmaq hüququ əldə edib.