...

FIFA: I Avropa Oyunları çimərlik futbolu üçün fantastik imkandır

Baku 2015 : EUROGAMES Materials 23 İyun 2015 13:49 (UTC +04:00)
Çimərlik futbolunun inkişafı və onun Olimpiya proqramına daxil edilməsinə yaxınlaşması baxımından I Avropa Oyunları bu idman növü üçün fantastik imkandır.
FIFA: I Avropa Oyunları çimərlik futbolu üçün fantastik imkandır

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir Aygün Bədəlova/

Çimərlik futbolunun inkişafı və onun Olimpiya proqramına daxil edilməsinə yaxınlaşması baxımından I Avropa Oyunları fantastik imkandır. Trend-in məlumatına görə, bunu Bakıda mətbuat konfransında FIFA-nın çimərlik futbolu üzrə komitəsinin rəhbəri Coan Kusko deyib.

Onun sözlərinə görə, I Avropa Oyunlarının çimərlik futbolu yarşlarında Avropanın ən yaxşı oyunçuları təmsil olunub: "I Avropa Oyunlarında çimərlik futbolunun olması bu idman növündə bacardığımız ən yaxşı nəticədir. Biz azarkeşlərdə, oyunçularda, komandalarda, mətbuat orqanlarında və sponsorlarda maraq oyatmaq istəyirik".

C.Kusko Bakıda çimərlik futbolu üçün yaradılmış bütün obyektlərə heyran qaldığını bildirib: "Stadion çox yaxşıdır. Bu bizim indiyə qədər oynadığımız ən yaxşı stadiondur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti