...

Məşqçi: Avropa Oyunlarının idmançıları kifayət qədər hazırlıqlıdır

Baku 2015 : EUROGAMES Materials 23 İyun 2015 16:07 (UTC +04:00)
“İlk Avropa Oyunlarında qazanılan qızıl medal artıq tarixin bir hissəsidir”.
Məşqçi: Avropa Oyunlarının idmançıları kifayət qədər hazırlıqlıdır

Azərbaycan, Bakı, 23 iyun /Trend, müxbir Aygün Bədəlova/

"İlk Avropa Oyunlarında qazanılan qızıl medal artıq tarixin bir hissəsidir".

Bunu Trend-ə Bakı-2015 Avropa Oyunlarının qalibi, Serbiyanın sambo üzrə təmsilçisi İvana Standrikin məşqçisi Veselin Novakoviç deyib.

O bildirib ki, ilk dəfə keçirilməsinə baxmayaraq, Avropa Oyunlarına maraq böyükdür: "Burada iştirak edən atletlər kifayət qədər hazırlıqlı idmançılardır. Bu baxımdan İvananın qalib gəlməsi o qədər asan olmadı. Amma əsas nəticədir. Hesab edirəm ki, Avropa Oyunlarının qızıl medalı dünya çempionluğuna gedən yoldur. Bu medal tarixin bir hissəsi olacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti