...

“Bakı 2015” şokolad tablosu “Ginnesin rekordlar kitabı”na düşə bilər

Baku 2015 : EUROGAMES Materials 24 İyun 2015 11:53 (UTC +04:00)
“Bakı 2015” şokolad tablosu öz qeyri-adiliyi, özünəməxsusluğu ilə “Ginnesin rekordlar kitabı”na düşə bilər.
“Bakı 2015” şokolad tablosu “Ginnesin rekordlar kitabı”na düşə bilər

Azərbaycan, Bakı, 24 iyun /Trend/

"Bakı 2015" şokolad tablosu qeyri-adiliyi, özünəməxsusluğu ilə "Ginnesin rekordlar kitabı"na düşə bilər.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Muzey Mərkəzində məşhur şokolad ustası Nikolay Popovun müəllif sərgisində yer alan və birinci Avropa Oyunlarına həsr edilən şokolad tablosu "Ginnesin rekordlar kitabı"na düşə bilər. "Bakı 2015" şokolad tablosunun çəkisi 215 kiloqramdır.

Avropa Oyunları ərəfəsində mayın 15-də açılışı keçirilən açılan "Nikolya şokolad muzeyi" sərgisini indiyədək 15 min insan ziyarət edib. Bu barədə məlumat verən sərginin təşkilatçısı Andrey Leynin sözlərinə görə, təşkilatçılar dünyanın ən böyük şokolad tablosu haqqında "Ginnesin rekordlar kitabı"na müraciət ediblər.

Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin və Muzey Mərkəzinin təşkilatçılığı ilə keçirilən şokolad sərgisi iyunun 28-dək davam edəcək. Dünya turu çərçivəsində 40-dan artıq şəhərdə maraqla qarşılanan "Nikolya şokolad muzeyi"nin Bakı sərgisində 250-dən artıq şokolad məmulatı, şokolad və marsipan heykəllər, şokolad bagetlərlə çərçivəyə alınmış rəsmlər, miniatürlər və kompozisiyalar təqdim edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti