...

Moldovalı məşqçi: Dünyada Bakı Su İdmanı Sarayı kimi gözəl idman obyekti azdır

Baku 2015 : EUROGAMES Materials 24 İyun 2015 15:32 (UTC +04:00)
"Bakı Su İdmanı Sarayında atletlər üçün çox gözəl şərait yaradılıb. Dünyada belə gözəl idman obyekti azdır".
Moldovalı məşqçi: Dünyada Bakı Su İdmanı Sarayı kimi gözəl idman obyekti azdır

Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir Hüseyn Vəliyev/

"Bakı Su İdmanı Sarayında atletlər üçün çox gözəl şərait yaradılıb. Dünyada belə gözəl idman obyekti azdır". Bunu Trend-ə üzgüçülük üzrə Moldova komandasının məşqçisi Yevgeni Karabetki deyib.

Onun sözlərinə görə, I Avropa Oyunları ötən il Nankində yeniyetmələr arasında keçirilmiş olimpiadanı üstələyir: "Burada təşkilati işlər daha yüksək səviyyədədir".

Məşqçi bildirib ki, Atletlər kəndində idmançılar üçün yaxşı şərait yaradılıb: "Nəqliyyatın işi yaxşı təşkil edilib. Bizi yarışlara yubandırmadan aparıb gətirirlər"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti