Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir Hüseyn Vəliyev/
Azərbaycan I Avropa Oyunlarının mükəmməl təşkilatçısıdır. Bu barədə Trend-ə Kosovo idmançısı Laurit Muyya deyib.
O, Bakının gözəl şəhər olduğunu bildirib: "Şəhəriniz, insanlarınız çox xoşuma gəlir. Gözəl memarlıq nümunələriniz var. Oxşar mədəniyyətə sahibik. Özümü vətənimdəki kimi hiss edirəm. Bundan başqa, atletlər üçün əla şərait yaradılıb. Hər şey yüksək səviyyədə təşkil olunub".