...

Azərbaycanın kişi və qadın qılıncoynatma komandaları güclərini sınayırlar

Baku 2015 : EUROGAMES Materials 27 İyun 2015 09:51 (UTC +04:00)
Azərbaycanı kişi sablyaçılar və qadın şpaqaçılardan ibarət komandalar təmsil edəcək. Hər iki komandamız mübarizəyə 1/4 finaldan başlayacaq.
Azərbaycanın kişi və qadın qılıncoynatma komandaları güclərini sınayırlar

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Bu gün Bakı-2015 I Avropa Oyunlarının qılıncoynatma yarışlarına yekun vurulacaq. Trend-in məlumatına görə, yarışın son günündə komanda yarışları keçiriləcək.

Azərbaycanı kişi sablyaçılar və qadın şpaqaçılardan ibarət komandalar təmsil edəcək. Hər iki komandamız mübarizəyə 1/4 finaldan başlayacaq.

Daha çox ümidlər bəslənən qadın yığmamız Ukrayna ilə görüşəcək. Qılıncoynatmada medal qazanan hər iki təmsilçimiz Sevil və sevinc Bünyatova bacılarının, həmçinin təcrübəli Səbina Mikinanın yer aldığı yığmamız komanda yarışında da iddialıdı.

Fərdi yarışlarda sablyada çıxış edən idmançılarımız komandada şpaqa ilə bacarıqlarını nümayiş etdirəcək. Amma onların ilk rəqibi də məşhur Olqa Xarlanın yer aldığı güclü Ukrayna millisidi. Bu qarşılaşmada qalib gələn komanda 1/2 finalda Rusiya ilə üz-üzə gələcək.

Kişilər Rusiya millisi ilə üz-üzə gələcək. Bü cütün qalibi yarımfinalda İsveçrə ilə görüşəcək.

27 iyun

Kişilər, sablya

1/4 final

09:00. AZƏRBAYCAN - RUSİYA

Vəkil Nəsirov - Sergey Bida

Kənan Əliyev - Anton Qlebko

Mehrab Həsənov - Dmitri Qusev

Nəcəf Məhərrəmov - Sergey Xodos

Qadınlar, şpaqa

1/4 final

09:30. AZƏRBAYCAN - UKRAYNA

Sevil Bünyatova - Olqa Xarlan

Səbina Mikina - Alyona Kravatska

Fatimə İbrahimova - Alina Komaşuk

Sevinc Bünyatova - Olqa Jovnir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti