Azərbaycan, Bakı, 27 iyun /Trend, müxbir Rufiz Hafizoğlu/
Azərbaycan I Avropa Oyunlarını keçirir və yarışlar çox uğurla davam edir. Bunu Trend-ə Türkiyənin Avropa İttifaqı işləri üzrə sabiq naziri Egemen Bağış deyib.
O, tarixdə ilk Avropa Oyunlarının uğurla keçirilməsi münasibətilə Azərbaycanı təbrik edib.
E.Bağış qeyd edib ki, bu gün Azərbaycan Avropanın hissəsidir: "Biz Azərbaycanı Avropaya inteqrasiyada dəstəkləməliyik".