...

Azərbaycanın əməkdar incəsənət xadimi Gövhər Həsənzadə "Eurovision"ın təşkilat komitəsindən narazıdır

Mədəniyyət Materials 26 Yanvar 2011 13:46 (UTC +04:00)
Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə "Eurovision"ın milli təşkilat komitəsinin fəaliyyətindən narazıdır. Bu barədə Trend-ə bəstəkarın özü deyib.
Azərbaycanın əməkdar incəsənət xadimi Gövhər Həsənzadə "Eurovision"ın təşkilat komitəsindən narazıdır

Azərbaycan, Bakı, 26 yanvar /Trend, müxbir Ş.Cavadsoy/

Azərbaycanın əməkdar incəsənət xadimi, bəstəkar Gövhər Həsənzadə "Eurovision"ın milli təşkilat komitəsinin fəaliyyətindən narazıdır. Bu barədə Trend-ə bəstəkarın özü deyib.

"Birincisi, təşkilat komitəsi "Eurovision"a hazırlığa ötən müsabiqə başa çatandan dərhal sonra başlamalı idi, beynəlxalq musiqi müsabiqəsinin başlamasına bir neçə ay qalmış yox. Bizim hələ indiyə qədər nə təmsilçimiz, nə də ki təqdim edəcəyimiz musiqi bəllidir. Axı müsabiqəyə üç aydan bir az çox vaxt qalıb. İkincisi, təmsilçini bağlı şəkildə seçmək və uzun sürən yarışmalar təşkil etməmək düzgün olardı. Ölkə təmsilçisini daha məsuliyyətlə seçmək lazımdır ki, Nurlan Növrəsli ilə bağlı edilmiş narazılıq bəyanatları kimi müraciətlər daxil olmasın, iştirakçılar isə bir sıra forumlarda xoşagəlməz şərhlərlə qarşılaşmasınlar", - Gövhər Həsənzadə Trend-ə deyib.

"Eurovison 2008"də Azərbaycanı təmsil edən "Day after day" mahnısının müəllifi müsabiqədə Azərbaycanın ilk iştirakçılarını misal gətirdi.

"Samir Cavadzadə məşhur prodüser və bəstəkar Vaqif Gərayzadənin tələbəsi olub, Elnur Hüseynovda isə istedad Allah vergisidir. İştirakçı seçimi zamanı yalnız onun vokal imkanları, xarici görünüşü və "yubkasının uzunluğuna" baxmaq lazım deyil, buna daha miqyaslı yanaşmaq düzgün olardı. Çünki iştirakçı təmsil etdiyi ölkənin siması sayılır. Bu müsabiqə yalnız musiqi deyil, eyni zamanda siyasi xarakter daşıyır, ona görə də burada xoşbəxtlikdən, bu istiqamətdə uğurla çalışan diasporun fəaliyyəti önəmlidir. Məhz musiqi mədəniyyəti və yaradıcı yanaşma ilə Avropada uğur qazanmalıyıq. Bizim bunun üçün çox böyük potensial və imkanlarımız var. Qeyd etmək istərdim ki, qeyri-ciddi səslənsə də, 2008-ci ildə məhz biz ilk dəfə olaraq, bütün dünyaya azərbaycanlıların səviyyəsini göstərdik. Gələcəkdə də bu səviyyədə özümüzü saxlamağı bacarmalıyıq", - Həsənzadə əlavə edib.

2008-ci ildə Elnur və Samir "Eurovision" müsabiqəsində 8-ci yeri tutublar. 2009-cu ildə Aysel və Araş 3-cü pillənin sahibi olublar. 2010-cu ildə isə Safura beşinci yeri qazanıb.

Xəbər lenti

Xəbər lenti