...

Pişik Günel dodaqları ilə iki rusiyalı ulduza meydan oxuyur (FOTO)

Mədəniyyət Materials 4 Mart 2011 16:50 (UTC +04:00)
Pişik Günel dodaqları ilə iki rusiyalı ulduza meydan oxuyur
Pişik Günel dodaqları ilə iki rusiyalı ulduza meydan oxuyur (FOTO)

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir Ş.Cavadsoy/

Komplekssiz müğənnilər arasında adını birincilər sırasına yazdıran populyar Azərbaycan estrada müğənnisi Günel Ələkbərova yenə də dodaqları haqqında danışmaq məcburiyyətində qaldı. Təşkil olunan məclislərin birində şahid olduq ki, "Pişik" təxəllüsü ilə daha çox tanınan müğənni güzgüsünü bir an olsun əlindən yerə qoymur, elə hey dodaqlarına baxırdı. Diqqət mərkəzində olduğunu unudan müğənnidən üz cizgilərinə yaraşıq verən dodaqlarındakı silikonu təzələdiyi barədə xəbər almaq istəyirdik ki, o bizi peşman etdi. " Nə silikon? Mən heç vaxt dodaqlarımı böyütdürməmişəm. Uşaqlıqdan toppuş olub dodaqlarım. Sadəcə bir neçə il bundan əvvəl azca gel vurdurmuşdum, o da çoxdan əriyib gedib", - Günel Ələkbərova dedi.

Trend-in fotokamerası tərəfindən dodaqlarının çəkilməsinə mane olmayan müğənni ağzına yaraşıq verən dodaqlarını iki rusiyalı ulduz - tele-aparıcı və dj Maşa Malinovskaya ilə müğənni Aleksanın dodaqları ilə müqayisə etdiyimizi bilib təəccübünü gizlətmədi. Hər sözə cavab tapan Ələkbərova iki rusa meydan oxumaqdan da çəkinmədi. "Həm mən, həm də dodaqlarım müqayisəolunmazdır. Dediyiniz Rusiya şou-biznesinin iki ulduzu isə silikonlar qoydurmaqdan çəkinmirlər. Mən isə daim təbii olmağa və görünməyə üstünlük verirəm. Bəlkə, 50 yaşım olanda mən də estetik gözəllik haqqında fikirləşəcəm. Hələliksə halımdan məmnunam. Və gözəllik üçün qurban olmağa ehtiyacım yoxdur. Məni kimləsə müqayisə etməyə tələsməyin. Çünki xarici görünüşümdən ötrü ürəyim gedir. Gözələm, vəssalam!", - Günel əlavə etdi.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti