...

Müasir "Məşədi İbad" viski içən müğənniyə qarşı çıxdı (FOTO)

Mədəniyyət Materials 3 Noyabr 2011 17:26 (UTC +04:00)
Müqəddəs Kəbə evini ziyarət edib hacı adına yiyələnən populyar estrada müğənnisi İzzət Bağırov hansı məclisdə olursa-olsun, yalnız çay sifariş edib boğazını yaşlamağa üstünlük verir.
Müasir "Məşədi İbad" viski içən müğənniyə qarşı çıxdı (FOTO)

Azərbaycan, Bakı, 3 noyabr /Trend, müxbir Ş.Cavadsoy/

Müqəddəs Kəbə evini ziyarət edib hacı adına yiyələnən populyar estrada müğənnisi İzzət Bağırov hansı məclisdə olursa-olsun, yalnız çay sifariş edib boğazını yaşlamağa üstünlük verir.

Təşkil olunan məclislərin birinə qatıldığı zaman adətini pozmayan müğənni, içki içən həmkarlarının masasında əyləşdi. Trend-in fotokamerası tərəfindən izləndiyini görən müğənni, ofisianta ikinci dəfə çay sifarif edib əl hərəkəti ilə yanında əyləşən həmkarı Vasif Məhərrəmlini çəkməyimizi işarə etdi. Əlində viski ilə dolu olan bardağı içib masa yoldaşları ilə şirin-şirin söhbət edən Məhərrəmli də, deyəsən, fotolarının çəkildiyindən narahat deyildi. Hətta zarafatla əlindəki bakalı İzzətin çay içdiyi stəkana toxundurub sanki tost deyirdi.

Bu məqamda özünü əsl müasir "Məşədi İbad" kimi aparan Bağırov gülüşünü gizlətmədi. Məşhur Azərbaycan kinosu olan "O olmasın, bu olsun"da Məşədi İbadın içki məclisində heç kimi fikirləşmədən çay içməsi səhnəsi gözümüz önündə canlandı. "Qonaqlar şərab içir, Məşədi İbad isə çay". Məclisin sonuna qədər İzzət bir neçə dəfə Vasifi çay içməyə dəvət etsə də, təklifinə müsbət cavab almadı. Viski içən həmkarına qarşı çıxan hacı, dostuna çay daddıra bilmədi.

Foto: Şahin Cavadsoy

Xəbər lenti

Xəbər lenti