Azərbaycan, Bakı, 12 noyabr /Trend, müxbir Ş.Cavadsoy/
Populyar estrada müğənnisi Ramal İsrafilov öz pərəstişkarlarına ən son yazdırdığı mahnısını təqdim edib. Bu barədə Trend-ə mahnının sözlərinin müəllifi, tanınmış şairə Ülviyyə Alovlu məlumat verdi.
"Bəstəsi Ramalın özünə aid olan "Yalan deyir" mahnısı düz iki il idi yazılmışdı. Amma Ramalı studiyaya gətirdib oxutmaq imkanımız olmurdu. Nəhayət, bu istəyimizi məcburiyyətlə də olsa, həyata keçirdik", - şairə belə dedi.
Alovlu Ramalın növbəti yaradıcı işləri haqqında da söhbət açdı.
"Bilirsiniz ki, bu mahnı mənim Ramalla ilk işim deyil. Həm də son deyil. Tezliklə dinləyicilərə Ramalın gözlənilməz bir duet ortağı ilə qeyri-adi mahnısını təqdim edəcəyik. O mahnının da sözləri mənə, musiqisi Ramalın özünə aiddir. Mahnı 2012-ci ilin ən yaddaqalan mahnısı olmağa iddialıdır", - Ülviyyə fikirlərini bu sözlərlə tamamladı.