Azərbaycan, Bakı, 14 yanvar /Trend/
"Eurovision 2012" mahnı müsabiqəsi milli seçim turunun 7-ci həftəsində 9 iştirakçı 5 gün ərzində öz istedad və bacarıqlarını nümayiş etdirib.
Trend-in şənbə günü İctimai Televiziyaya istinadən yaydığı məlumata görə, iştirakçılar Erkin Osmanlı, AD Gioriam, Ayla İdrisova, Kamran Abdullayev, Səbinə Babayeva, Xana Həsənova, Xəyal Tağıyev, Natiq Bağırov, Azər Səlimli İTV-nin canlı efirində yarışıblar.
7-ci həftənin birincisi isə tamaşaçılar və münsiflər heyətinin səsverməsi nəticəsində Səbinə Babayeva seçilib.
Azərbaycanı "Eurovision 2012" mahnı müsabiqəsində təmsil etmək istəyən namizədlər növbəti 2 həftə ərzində də İctimai Televiziyanın canlı efirində yarışacaqlar. Qalibin seçimində müsabiqənin qaydalarına uyğun olaraq, münsiflər heyətinin rəyi tamaşaçılarla eyni nəzərə alınır.