...

Gürcüstanın "Eurovision 2012" təmsilçisi İçərişəhərdə gəzməkdən xüsusi zövq alır

Mədəniyyət Materials 1 Mart 2012 17:50 (UTC +04:00)
Milli finaldakı qələbədən sonra yenidən iş başına keçən Gürcüstanın "Eurovision 2012" təmsilçisi Anri Coxadze Bakıya gəlişini səbrsizliklə gözləyir.
Gürcüstanın "Eurovision 2012" təmsilçisi İçərişəhərdə gəzməkdən xüsusi zövq alır

Azərbaycan, Bakı, 1 mart /Trend/

Milli finaldakı qələbədən sonra yenidən iş başına keçən Gürcüstanın "Eurovision 2012" təmsilçisi Anri Coxadze Bakıya gəlişini səbrsizliklə gözləyir. Trend-in məlumatına görə, bu barədə müğənni özü eurovision.az saytına müsahibəsində bildirib.

Müsabiqəyə hazılıq işlərindən danışan Coxadze sirrlərini hələ açıqlamaq istəmədiyini deyib.

"Söz verirəm ki, joker sizin üçün sözün əsl mənasında gözəl bayram təşkil edəcək. Tamaşaçılar isə bunu heç vaxt unutmayacaqlar", - o deyib.

Coxadze uşaq yaşlarından oxuyur. Çoxlu sayda müsabiqələrdə iştirak edib. "Eurovision" mahnı müsabiqəsi onun iştirak edəcəyi 14-cü yarışma olacaq. Musiqilərini özü yazır, kliplərini də özü çəkir. Hətta həmkarları üçün prodüserlik də edir. "Eurovision" mahnı müsabiqəsindən sonra isə myuzikl çəkəcək.

"Bakını çox sevirəm. İçərişəhərdə gəzməkdən xüsusi zövq alıram", - gürcü müğənni qeyd edib.

Gürcüstanı "Eurovision 2012"-də təmsil edəcək Anri Azərbaycan musiqisinin heyrətamiz olduğunu deyib.

"Gürcüstana səs verin. Mən də sizin üçün oxuyacağam. "Eurovision 2013"-ü özünüzdən uzaq buraxmayın. Bakıda görüşənədək", - Coxadze üzünü tamaşaçılara tutub.

Xəbər lenti

Xəbər lenti