...

"Buranovskiye babuşki" peşəkar xoreoqraf və vokal dərsləri alır

Mədəniyyət Materials 2 Aprel 2012 14:33 (UTC +04:00)
Rusiyanın "Eurovision 2012" mahnı müsabiqəsindəki təmsilçisi "Buranovskiye babuşki" kollektivi Bakı səhnəsində yüksək səviyyədə çıxış etmələri üçün peşəkar xoreoqraf və vokal dərslərinə başlayıblar.
"Buranovskiye babuşki" peşəkar xoreoqraf və vokal dərsləri alır

Azərbaycan, Bakı, 2 aprel /Trend/

Rusiyanın "Eurovision 2012" mahnı müsabiqəsindəki təmsilçisi "Buranovskiye babuşki" kollektivi Bakı səhnəsində yüksək səviyyədə çıxış etmələri üçün peşəkar xoreoqraf və vokal dərslərinə başlayıblar.

Trend eurovision.az saytına istinadən məlumat verir ki, qrupun prodüseri Kseniya Rubtsova bildirib ki, nənələr ötən həftə ərzində Moskvada keçirilən rus dili festivalında da iştirak ediblər. Onlar festivalda 3 mahnı oxuyublar ki, bu da uşaqların böyük sevincinə səbəb olub.

Rubtsova həmçinin bildirib ki, nənələrin müsabiqəyə hazırlığı və məşqləri elə Buranovo kəndində baş tutur. Səbəb isə odur ki, nənələr öz təsərrüfatlarından kənarda qalmaq istəməyiblər.

Bir neçə gün əvvəl Buranovo kəndinə "Rossiya" telekanalının nümayəndə heyəti də gəlib. Onlar nənələrə Bakı səhnəsindəki çıxışa hazırlaşmaqda kömək edirlər.

Xəbər lenti

Xəbər lenti