Azərbaycan, Bakı, 14 may /Trend, müxbir E.Mehdiyev, V.İmanov/
Moldovanı "Eurovision Mahnı Müsabiqəsi-2012"də təmsil edən bəstəkar və müğənni Paşa Parfeni qeyd edib ki, onun məqsədi qalib olmaq deyil, yarışmada iştirak etməkdir.
Trend-in məlumatına görə, "Bakı Kristal Zalı"nda repetisiyadan sonra keçirdiyi mətbuat konfransında Parfeni Azərbaycanda olmağından məmnunluğunu bildirib
O, Bakının gözəl şəhər olduğunu qeyd edərək şouda iştirak etmək üçün bütün şəraitin yüksək səviyyədə yaradıldığını vurğulayıb.
Parfeni "Eurovision-2012" müsabiqəsində ifa edəcəyi mahnının əvvəlcə Moldova dilində səsləndiyini, daha sonra isə xüsusi olaraq bu yarışma üçün ingilis dilinə tərcümə olunduğunu diqqətə çatdırıb.
Moldova təmsilçisi: Məqsədim qalib olmaq deyil, yarışmada iştirak etməkdir
Moldovanı "Eurovision Mahnı Müsabiqəsi-2012"də təmsil edən bəstəkar və müğənni Paşa Parfeni qeyd edib ki, onun məqsədi qalib olmaq deyil, yarışmada iştirak etməkdir.