...

Dünya şöhrətli müğənnilərin Bakıdakı konsertlərinin biletləri satışa çıxarılır

Mədəniyyət Materials 25 İyun 2012 19:48 (UTC +04:00)
"Bakı Kristal Zalı"nda solo-konsertləri təşkil olunacaq dünya şöhrətli müğənnilər Cennifer Lopez, Rianna və Şakiranın biletlərinin satışına start verilir.
Dünya şöhrətli müğənnilərin Bakıdakı konsertlərinin biletləri satışa çıxarılır

Azərbaycan, Bakı, 25 iyun /Trend/

"Bakı Kristal Zalı"nda solo-konsertləri təşkil olunacaq dünya şöhrətli müğənnilər Cennifer Lopez, Rianna və Şakiranın biletlərinin satışına start verilir.

Trend-in məlumatına görə, bu gün, yəni iyunun 25-də, saat 22:00-da payız aylarında keçiriləcək hər üç konsertin biletlərinin satışı başlanılır.

Təşkilatçı şirkətin PR xidmətinin yaydığı məlumata görə, biletləri www.omnikomo.com saytından əldə etmək olar.

Konsertlərin təşkilatçısı "Universal Music Group" şirkətinin Azərbaycandakı nümayəndəsi "Omnikomo Music Group" şirkətidir.

2012-ci ilin əvvəlində "Omnikomo Music Group" və "Universal Music Group" yüksək keyfiyyətli musiqinin təşviqi, musiqi piratlığı ilə mübarizə, habelə Azərbaycanda və Gürcüstanda yeni istedadların aşkar edilməsi məqsədilə birgə müəssisə yaradıblar.

Xatırladaq ki, dünya şöhrətli ulduzlar Cennifer Lopez sentyabrın 23-də, Rianna oktyabrın 6-da, Şakira isə oktyabrın 14-də "Kristal Zal"ın konsert zalında çıxış edəcəklər.

Xəbər lenti

Xəbər lenti