...

Azərbaycanda bir qrup kinematoqrafçı Azərbaycan Kinematoqrafçılar İttifaqını tərk etdi

Mədəniyyət Materials 16 İyul 2012 17:04 (UTC +04:00)
Azərbaycanda bir qrup kinematoqrafçı Azərbaycan Kinematoqrafçılar İttifaqını (AKI) tərk edərək yeni yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına üzv olmaq üçün ərizə ilə müraciət ediblər.
Azərbaycanda bir qrup kinematoqrafçı Azərbaycan Kinematoqrafçılar İttifaqını tərk etdi

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda bir qrup kinematoqrafçı Azərbaycan Kinematoqrafçılar İttifaqını (AKI) tərk edərək yeni yaradılan Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqına üzv olmaq üçün ərizə ilə müraciət ediblər.

Yeni yaradılan ittifaqdan bazar ertəsi Trend-ə verilən məlumata görə, həmin şəxslər əməkdar incəsənət xadimi, Dövlət Mükafatı Laureatı, Prezident təqaüdçüsü Ramiz Fətəliyev, xalq artisti, Prezident təqaüdçüsü Tariel Qasımov, əməkdar incəsənət xadimi, "Şöhrət" ordenli Natiq Rəsulzadə, əməkdar incəsənət xadimi Ələkbər Muradov, əməkdar incəsənət xadimi Yavər Rzayev, əməkdar incəsənət xadimi Ənvər Əbluc, əməkdar mədəniyyət işçisi Tağı Babayev, əməkdar mədəniyyət işçisi Əziz Məmmədov, kino təşkilatçısı Faiq Əliyev, kinorejissor Hafis Fətullayevdir.

Xəbər lenti

Xəbər lenti