...

"Azərsun Holdinq"in Mədəniyyət Mərkəzinin səhnəsində növbəti premyera (FOTO)

Mədəniyyət Materials 20 Noyabr 2012 10:34 (UTC +04:00)
Azərbaycan mədəniyyətinin təbliğinə xüsusi həssaslıqla yanaşan "Azərsun Holdinq" bu dəfə teatrsevərlərə Holdinqin Mədəniyyət Mərkəzində Azərbaycanın ən qədim teatr kollektivlərindən olan və hazırda məcburi köçkün həyatı yaşayan Şuşa Musiqili Dram Teatrının səhnələşdirdiyi Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" tamaşasını nümayiş etdirib.
"Azərsun Holdinq"in Mədəniyyət Mərkəzinin səhnəsində növbəti premyera (FOTO)

Azərbaycan, Bakı, 20 noyabr /Trend/

Azərbaycan mədəniyyətinin təbliğinə xüsusi həssaslıqla yanaşan "Azərsun Holdinq" bu dəfə teatrsevərlərə Holdinqin Mədəniyyət Mərkəzində Azərbaycanın ən qədim teatr kollektivlərindən olan və hazırda məcburi köçkün həyatı yaşayan Şuşa Musiqili Dram Teatrının səhnələşdirdiyi Nəcəf bəy Vəzirovun "Hacı Qəmbər" tamaşasını nümayiş etdirib.

Holdinqdən Trend-ə verilən məlumata görə, premyerada teatrsevərlər, Şuşa ictimaiyyəti, müxtəlif gənclər təşkilatlarının üzvləri iştirak ediblər.

Tam anşlaq ilə keçən tamaşanın əsas rollarında əməkdar artistlər İqrar Salamov, Yadigar Muradov, artistlərdən Püstəxanım Zeynalova, Aybəniz Əhmədova, Mətanət Eres, Azad Məmmədov və başqaları oynayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti