...

Aleksandr Dümanın ev muzeyində "Azərbaycan guşəsi" açılıb (FOTO)

Mədəniyyət Materials 11 Fevral 2013 17:33 (UTC +04:00)
Dünya şöhrətli yazıçı və şairlərin ev muzeyləri və fondlarında Azərbaycan dilində nəşr olunmuş əsərlərdən ibarət guşə yaradılır.
Aleksandr Dümanın ev muzeyində "Azərbaycan guşəsi" açılıb (FOTO)

Azərbaycan, Bakı, 11 fevral /Trend, müxbir E.Mehdiyev/

Dünya şöhrətli yazıçı və şairlərin ev muzeyləri və fondlarında Azərbaycan dilində nəşr olunmuş əsərlərdən ibarət guşə yaradılır.

Dünya Azərbaycanlı Gənclər Birliyindən Trend-ə verilən məlumata görə, guşə Birlik tərəfindən reallaşdırılan "Azərbaycan guşəsi" adlı layihə çərçivəsində yaradılır.

Layihənin məqsədi ev muzeylərində Azərbaycan guşəsi yaratmaqla Azərbaycan oxucusunun dünya ədəbiyyatına marağını, verdiyi əhəmiyyəti göstərməkdir.

Bu yaxınlarda Paris yaxınlığında Ville-Kotredə yerləşən Aleksandr Dümanın ev muzeyinə yazıçının Azərbaycan dilində nəşr edilən kitabları təqdim edilərək orada "Azərbaycan guşəsi" açılıb.

Sözügedən layihə davamlı və genişmiqyaslı xarakter daşıyır. Yaxın zamanlarda digər yazıçı və şairlərin ev muzeylərinə Azərbaycan dilində əsərlərin göndərilməsi və həmin muzeylərdə Azərbaycan guşələrinin açılması nəzərdə tutulur. Bu siyahıya Ernest Heminquey, Mark Tven, Conatan Svift, Teodor Drayzer, Viktor Hüqo, Migel de Servantes, Cek London, Aleksandr Düma, Gi de Mopassan, İohan Höte, Fyodr Dostoyevski, Lev Nikolayeviç Tolstoy və s. yazıçı və şairlər daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti