...

Təbrizdə Azərbaycanın tarixi və fəxri şəxsiyyətlərinin şəkillərinin əks olunduğu xalçanın təqdimatı keçirilib

Mədəniyyət Materials 13 Mart 2013 00:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir T.Cəfərov/

Təbrizin şəhər muzeyində Azərbaycan tarixi və fəxri şəxsiyyətlərinin şəkilləri əks olunan dünyada ən böyük xalçanın təqdimatı keçirilib. Bu barədə Trend-ə İranın Azərbaycandakı səfrliyindən bildirilib.

Təqdimatda İranın Ali liderininin nümayəndəsi, Təbrizin icra başçısı və şəhərin məhsul şəxsləri iştirak ediblər.

Bu xalçanın üzərində Azərbaycan tarixi və fəxri şəxsiyyətlərinin şəkilləri əks olunub. Xalçanın ölçüsü 22 m2 təşkil edir, çəkisi 3 tonndur. Xalça 16 aya toxunub və üzərinə 11 million ilmə vurulub.

Xalçanın sol tərəfində İranin sabiq Ali lideri İmam Xomeyni, sağ tərəfində isə indiki Ali lideri ayətulla Əli Xamneinin şəkili var.

Xalçanın üzərində Azərbaycanın fəxri şəxsiyyətlərinin o cümlədən, Səttər xan, Şeyx Məhəmməd Xiyabani, Bagirxan, Baxçeban, Mir Həsən Rəşiddiyə, Şəhyirar, Pərvin Etisami, Əllamə Məhhəmədtəqi Cəfəri və digərlərinin şəkilləri toxunub.

Xalça Təbriz şəhər müzeyində saxlanılacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti