...

TRT AXC-nin yaradılmasının 95 illiyi münasibətilə canlı yayım reallaşdıracaq

Mədəniyyət Materials 23 May 2013 18:34 (UTC +04:00)
TRT kanalı Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 95 illiyi münasibətilə Bakıda canlı yayım reallaşdıracaq.
TRT AXC-nin yaradılmasının 95 illiyi münasibətilə canlı yayım reallaşdıracaq

Azərbaycan, Bakı, 23 may /Trend/

TRT kanalı Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 95 illiyi münasibətilə Bakıda canlı yayım reallaşdıracaq.

Trend-in məlumatına görə, Şərqin ilk türk cümhuriyyəti olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 95 illiyi münasibətilə "TRT Türk"ün sevilən elm, sənət, mədəniyyət proqramı ''Doğudan Batıya'' paytaxt Bakıdan yayımlanacaq.

TRT-nin Bakı təmsilçisi Yüksel Değercanın verdiyi məlumata əsasən, "Mədəniyyət" kanalı vasitəsilə Azərbaycanın mədəniyyəti və musiqisi 90 dəqiqə boyunca bütün dünyada izlənəcək.

Proqramın ssenari müəllifi və rejissorunun Yeşim Kazaoğlu, aparıcısı Erhan Konukun olduğunu bildirən Değercan Azərbaycanın məşhur balaban sənətçisi Əlixan Səmədov və qrupunun proqramın daimi qonaqları olduğunu söyləyib. Azərbaycanın məşhur sənətçisi Brilliant Dadaşova, İlqar Muradov, Samir Cəfərov və bir çox sənətçilər proqrama dəvətlidirlər.

"Doğudan Batıya"' proqramı mayın 28-də Bakı vaxtı ilə saat 00:30-da "TRT Türk" və "Mədəniyyət" kanalında ortaq yayımla ekranlara gələcək.

Bununla yanaşı, "Zengin kız, fakir oğlan'' serialının çəkiliş qrupu və aktyorları da mayın 28-də Bakıya gələrək ssenari, çəkiliş məkanı və aktyor qrupunu müəyyənləşdirəcəklər.

Azərbaycanın məşhur sənətçilərinin iştirakı ilə mayın 28-də saat 18:30-da Park Bulvar Ticarət Mərkəzində imza günü keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti