...

"YARAT!" Venesiya Biennalesində Azərbaycan və qonşu ölkələrin müasir incəsənətini təqdim edir

Mədəniyyət Materials 24 May 2013 10:00 (UTC +04:00)
"YARAT!" Müasir İncəsənət Məkanı Venesiya Biennalesində "Love Me, Love Me Not" ("Sevir, Sevmir") sərgisi ilə iştirak edir. Bu barədə Trend məlumat verir.
"YARAT!" Venesiya Biennalesində Azərbaycan və qonşu ölkələrin müasir incəsənətini təqdim edir

Azərbaycan, Bakı, 24 may /Trend, müxbir V.İmanov/

"YARAT!" Müasir İncəsənət Məkanı Venesiya Biennalesində "Love Me, Love Me Not" ("Sevir, Sevmir") sərgisi ilə iştirak edir. Bu barədə Trend məlumat verir.

Love Me, Love Me Not (Sevir, Sevmir) - Azərbaycan, İran, Türkiyə, Rusiya və Gürcüstandan olan 17 rəssamın bu yaxınlarda hazırladıqları işlər Azərbaycan və qonşu ölkələrin müasir təsviri incəsənət sərgisində təqdim ediləcəkdir. Bakıda yerləşən qeyri-kommersiya təşkilatı "YARAT!" (kurator Dina Nassir-Xadivi) tərəfindən təşkil olunan sərgi, 2013-cü il iyun ayının 1-dən noyabr ayının 24-ə kimi Tesa 111, Arsenal Nord ünvanında, Venesiya Biennalesi - 55-ci Beynəlxalq Bədii İncəsənət sərgisi çərçivəsində qonaqlar üçün açıq olacaqdır.

Rəssamlar: Faiq Əhməd (Azərbaycan), Rəşad Ələkbərov (Azərbaycan), Afruz Amiqi (İran), Kutluq Ataman (Türkiyə), Şoja Azari (İran), Rəşad Babayev (Azərbaycan), Mahmud Bahşi (İran), Əli Banisadr (İran), Əli Həsənov (Azərbaycan), Orxan Hüseynov (Azərbaycan), Sitarə İbrahimova (Azərbaycan), Aida Mahmudova (Azərbaycan), Taus Maxaçeva (Rusiya), Fərhad Moşiri (İran), Fərid Rəsulov (Azərbaycan), Slavyanlar və Tatarlar ("Avrasiya"), İliko Zautoşvili (Gürcüstan).

"Hazırda Azərbaycan və ona qonşu ölkələrə qarşı eyni dərəcədə maraq və bu ölkələr haqqında səhv təsvvürlər vardır, - kurator Dina Nassir-Xaddivi deyir. - Sərgilənən işlər hər millətin dinamikasına yaxından baxmağa, unudulmuş, yaxud naməlum tarixin gizli tərəflərini açmağa və bu ölkələrdə olan baxış tərzi və yaradıcılığı göstərməyə kömək edəcəkdir".

Sərgi geniş çeşiddə media və əşya xarakterli materiallar, həmçinin videoinstalyasiyalar və rəsm əsərləri təklif edir. Eksponatlar şəxsi təcrübədən təsirlənmiş tarixi mövzulardan müasir həyatı əks etdirən əsərlərə qədər olan geniş çərçivəni əhatə edir.

Faiq Əhməd dayaq nöqtəsi kimi Azərbaycan xalçalarının naxışlarından istifadə edir, onların təsvirində Azərbaycanın müasirliyə doğru sürətli hərəkətini təsvir etməyə çalışır. Onun ip üzərindəki "Adsız" (2012) instalyasiyası ənənəvi xalçaçılıq haqqında olan təsəvvürlərin üzərindən xətt çəkir, hər şeyi 2 ölçülü müstəvidən 3 ölçülü fəzaya keçirir.

Kutluq Atamanın videoinstalyasiyası olan "Mesopotamiya dramaturgiyası/Sütun" (2009) Roma şəhərində olan Trayan Sütunundan ilhamlanaraq hazırlanmışdır və ilk olaraq MAXXİ (21-ci əsr Milli İncəsənət Muzeyi, Roma) tərəfindən sifariş edilmişdir. Sütunun ibarət olduğu 42 televizor ekranında Şərqi Türkiyənin Ərzincan əyalətindən olan bir kəndlinin səssiz siması göstərilir. Ataman özü də bu əyalətdə doğulmuşdur. Bu əsərin əsas məqsədi susmuş bir tarixi göstərmək və sanki Anatoliya xalqını yad etməkdir.

Bu günə qədər özünün ən iddialı işlərindən birində Şoja Azari xüsusi olaraq sifariş edilmiş bir film nümayiş edəcəkdir. Burada Nizami Gəncəvinin 12-ci yüzilliyə aid romantik epik poeması olan "Həft Peykər" canlandırılacaqdır. "Həft Peykər", yaxud "Yeddi Gözəl" alleqorik romantik hekayəsində əsas mövzu olaraq insanın kamilləşməsi üçün özünü dərk etməsi mövzusu götürülmüşdür.

Ali Banisadr triptix formasında olan özünün ən böyük işini təqdim edəcəkdir. Burada o, alovun və işığın dərin simvolik mənasından təsirlənmişdir. Azərbaycanda və İranda məna etibarilə üstünlük təşkil edən bu elementlər öz kökünü zərdüştlükdən götürür, eyni zamanda, "Azərbaycan" adı fars köklü "odu qoruyanlar" termininə aid edilir. Rəngləri və rəssamlıq texnikasını effektiv formada istifadə edən Banisadr kətan üzərində öz uşaqlıq illərindən bəri gələn təsviri məlumatı, incəsənət tarixi haqqında olan dərin biliklərini və gündəlik həyatla bağlı iti müşahidələrini əks etdirir, həmçinin insan təbiətinə məxsus hərəkət detallarını, energetika və abstraksiyanı təsvir edir. Banisadrın işləri dünyanın bir çox ictimai kolleksiyalarına, eyni zamanda, Nyu-Yorkdakı Metropoliten təsviri incəsənət muzeyinin, Los-Ancelesdəki müasir incəsənət muzeyinin, Saatçi Qalereyasının və Londondakı Britaniya muzeyinin kolleksiyalarına daxil edilmişdir.

Əli Həsənov, Azərbaycan təmsilçisi, gündəlik materialların müasir tətbiqini tapır. Onun "Sahiblər" (2012) adlı işində bir-birinə bərkidilmiş yüzlərlə "süpürgə" (bir-birinə düyünlənən çör-çöplərdən ibarət süpürgə post-sovet məkanı ölkələrində geniş istifadə olunurdu) təqdim olunur və birlikdə vahid heykəltəraşlıq nümunəsini təşkil edir.

Taus Maxaçeva yenicə Liverpul Biennalesində təqdim etdiyi, ipək yolu üzərində yerləşən və insanlar tərəfindən tərk edilmiş "Hamsutl" (2012) şəhəri haqqında filmi nümayiş edəcəkdir, burada gənc qəhrəman öz rəqsləri ilə unudulmuş şəhərin tarixini canlandırmağa çalışır.

"Slavyanlar və Tatarlar"ın instalyasiyası olan "Molla Nəsrəddin - Antimodernist" (2011) böyüklər və uşaqlar üçün olan oyun meydançasındakı "sürüşmə attraksionu"nu tam ölçüdə təqdim edir və 13-cü yüzilliyin Sufi adlı filosofu ilə əlaqələndirilir. Tamaşaçıların da iştirakı üçün cəlb ediləcəkləri bu layihə yumor vasitəsilə səxavətlik və iştirakçılıq kimi keyfiyyətləri aşılayır. Molla Nəsrəddin bizi birbaşa 20-ci yüzilliyin əvvəllərinə aid edilən Azərbaycanın satirik jurnalına yönəldir. Jurnal təkcə milli kimliyi tənqid etmir, həm də mətbuatın gücünü əks etdirirdi. "Sevir, Sevmir" instalyasiyasında bu sərginin əsas mövzusu öz əksini tapmışdır - keçmişin ləçəklərini qopardaraq tikanlı saplağı göstərmək; bütün metropolislər balaca uşaq kimi qəyyumluq üçün mübarizəyə cəlb edilir ki, bu da regionun zaman içində inkişafını xarakterizə edir.

Azərbaycanın və qonşu regionların incəsənət xadimlərini bir yerə toplayan "Sevir, Sevmir" sərgisi Azərbaycanın, həmçinin İran, Türkiyə, Rusiya və Gürcüstanın müasir incəsənəti üçün yeni perspektivlər yaradacaqdır.

Kataloq

Kurator Dina Nassir-Xadivi və Fərah Rəhim İsmayılın redaksiyası altında və aşağıdakı mütəxəssislərin köməyi ilə:

• Nada Raza, kurator köməkçisi, Teyt Modern qalereyası

• Nikolas Kullinan, müasir təsviri incəsənət üzrə kurator, Metropoliten muzeyi

• Neqar Əzimi, yazıçı və "Bidoun Projects" nəşrinin baş redaktoru

• Monika Steynberq, elmlər namizədi, Məzunlar Mərkəzi, Nyu-York şəhərinin Universiteti

• Suad Qarayeva, yazıçı və kurator, Rusiya, Mərkəzi Asiya və Qafqazda müasir təsviri incəsənət üzrə ixtisaslaşmışdır

• Slavs and Tatars (Slavyanlar və Tatarlar) - "Avrasiya"adlanan, yəni keçmiş Berlin divarının şərqindən Böyük Çin Səddinə qədər olan ərazi ilə bağlı suallar əsasında müzakirə və polemika təşkil edən debat klubu. Kollektivin işləri müxtəlif kütləvi informasiya vasitələrində paylaşılır, harada əsas diqqət, çox vaxt unudulan kulturoloji sual olan - slavyanların, qafqazlıların və Mərkəzi Asiyada yaşayanların bir-birinə qarşılıqlı təsirindən danışılır.

"Love Me, Love Me Not" sərgisinə prodüserlik edən müasir təsviri incəsənət təşkilatı "YARAT!", Azərbaycanda müasir təsviri incəsənətin inkişafı ilə məşğul olur.

Məlumat və fotoşəkil üçün mətbuat nümayəndələri aşağıdakı əlaqə nömrələrinə, həmçinin internet ünvanlarına müraciət edə bilərlər:

Anna Kusden (Anna Cusden) və ya Sofi Ferz (Sophie Furse), "Pelham Communications"

Tel.: +44 20 8969 3959

internet ünvanı: [email protected] və ya [email protected]

Naşirlər üçün məlumat:

Sərgi barədə məlumat

Ad: Love Me, Love Me Not (Sevir, sevmir)

Ünvan: Arsenal Nord, Tesa 111, Venesiya, İtaliya

Sərgilənmə tarixi: 1 iyun - 24 noyabr (geniş kütlə üçün açıq olacaq)

Marşrut üzrə teploxodun - "vaporetto"nun dayanacaqları: Arsenal Norda yaxın

dayanacaqlar - Baçini и Çelestia, vaporetto marşrutları 5.1, 5.2, 4.1, 4.2

Qatar üçün istiqamətlər:

Bu link vasitəsilə 2 dayanacağı və Tesa 111-in yerini tapacaqsınız https://maps.google.it/maps/ms?msid=200760762308548777660.0004d63bed7569df3938e&msa=0&ll =45.439208,12.35242&spn=0.00126,0.001459 Veb sayt: www.loveme-lovemenot.com Twitter: @yaratartspace

Facebook:https://www.facebook.com/Yarat.Art

Qısa olaraq "YARAT!" müasir incəsənət təşkilatı haqqında:

"YARAT!" təşkilatı 2011-ci ildə Aida Mahmudova tərəfindən təsis edilmişdir, bu qeyri-kommersiya təşkilatı Azərbaycan müasir təsviri incəsənətinin irəliləyişi və inkişafı ilə məşğul olur, eyni zamanda Azərbaycan incəsənətini həm ölkədə, həm də xaricdə nümayiş etdirməyə çalışır.

Baş ofisi Bakıda yerləşən "YARAT!" təşkilatı öz missiyasını müxtəlif sərgi proqramları, maarifləndirici tədbirlər və festivallar vasitəsilə həyata keçirir. "YARAT!" yerli və xarici bədii şəbəkələr, fondlar, qalereya və muzeylər arasında dialoqun yaranmasında vasitəçi rolunu oynayır. Açılan iqamətgahlar mədəniyyət dialoqunun və əməkdaşlığın yaranmasına əlavə imkanlar verir.

"YARAT!"ın təhsil təşəbbüslərinə mühazirələr, seminarlar, master-klasslar, həmçinin gənc rəssamlar üçün "ARTIM" adlı layihə daxildir. "ARTIM" qarşısına Azərbaycanın gənc nəslinin istedadlı, kreativ nümayəndələrini təsviri incəsənət sahəsinə istiqamətləndirmək, gənc rəssamlara işlərinin peşəkar sərgilərdə nümayiş olunması imkanını yaratmaq məqsədi qoymuşdur.

Yerli infrastruktur vasitəsilə incəsənətin inkişafı üçün "YARAT!" tərəfindən əsası qoyulan "YAY" Qalereyası kommersiya məqsədli sərgi meydanıdır. "YAY" satışdan əldə edilən gəliri rəssam və "YARAT!" təşkilatı arasında bölür, həmçinin bir sıra Azərbaycan və xarici incəsənət xadimlərini dəstəkləyir.

Qısa olaraq kurator haqqında:

Dina Nasser-Xadivi müstəqil kurator və məsləhətçidir, hansı ki, əsas olaraq Yaxın və Orta Şərq, İran və Qafqazın bəzi regionlarında müasir incəsənət sahəsi üzrə ixtisaslaşmışdır. Dina əvvəllər "Kristi" hərracında 19-20-ci əsrlər incəsənət nümunələri üzrə mütəxəssis-şərqşünas kimi çalışmış, 2006-cı ildən Yaxın və Orta Şərqin, İranın müasir incəsənəti üzrə çalışmış, çoxsaylı məlumatlandırma təşəbbüsləri nəticəsində (2010-cu ilin payızında Nyu-Yorkun Solomon Quqqenxaym muzeyində, Hyuston Təsviri incəsənət muzeyində və Müasir İncəsənət Muzeyində təşkil olunmuş "İran moderninə və müasir təsviri incəsənət dünyasına giriş" adlı seminar) rəssamlar üçün beynəlxalq platforma yaratmışdır. Çalışdığı layihələrdə şəxsi kolleksiyalara kuratorluq və böyük təşkilatlara məsləhətçi xidmətini göstərdiyinə görə, o öz vaxtını Nyu-York, London, Cenevrə və Dubay şəhərləri arasında bölüşdürmüş olur. Son zamanlar fəaliyyətinin Qafqaz regionu tərəfə yönəlməsi, Dinanın Azərbaycan xalqı və onun mədəniyyəti ilə mənəvi qohumluğu və vətəni olan İran ilə qonşuluğu, xüsusən də onun Bakı müasir incəsənətinin genişlənən səhnəsini təqdim edən rəssamlara qarşı marağının artmasından irəli gəlir.

Sponsorlar Azərbaycanda bir sıra tanınmış markalardan biri olan istehlak məhsulları şirkəti GİLAN və Azərbaycan bazarında aparıcı şirə markası olan JALƏ-dir.

Rəssamların tərcümeyi-halı

Faiq Əhməd (a.o. 1982-ci ildə) Azərbaycan xalçaları haqqında olan təsəvvürləri məhv etmək niyyətindədir, hansılar ki, hələ də Azərbaycanda və qonşu ölkələrdə divardan asılan, yaxud ayaq altına sərilən məşhur incəsənət nümunələri kimi sayılır. Hamar təsvirləri heykəl olaraq, fəza obyektlərinə çevirərək və əl ilə toxunan xalça elementlərinə şüşə lifdən hazırlanan müxtəlif formalar əlavə edərək, mədəniyyət incisinə yeni rakursdan baxış təqdim edir. 2004-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirdikdən sonra 2007-ci ildə Azərbaycanı 52-ci Venesiya Biennalendə təmsil etmişdir. İştirak etdiyi sərgilərə daxildir: "Fly to Baku", London, Paris, Berlin, Moskva, Roma (2012-2013); islam incəsənəti festivalı, Şarja, BƏƏ (2012); Müasir İncəsənət Muzeyi, Bakı, Azərbaycan; Xalq üçün incəsənət 012 Bakı festivalı (2012); "Kunsthalleim Lipsiusbau", Drezden, Almaniya (2008); 52-ci Venesiya Biennalesi, Azərbaycan Pavilyonu (2007); Qafqaz Milli Müasir İncəsənət Mərkəzi - Moskva, Rusiya (2006). Faiq Əhməd Azərbaycanda yaşayıb yaradır.

Rəşad Ələkbərov (a.o. 1979-cu ildə) bir-biri ilə uyuşmayan obyektlərdən və rənglənmiş kölgələrdən ibarət instalyasiyalar yaradır, sanki tamaşaçını intizarda saxlayır və mədəniyyətlə bağlı suallara toxunur. 55-ci Venesiya Biennalesi üçün o, əsas məğzini Azərbaycan əlifbasının inkişafına yönəltmiş instalyasiya hazırlayacaq, son 70 ildə 3 dəfə dəyişilmiş əlifbanın timsalında tarix, kimlik və təkamül öz əksini tapacaqdır. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirdikdən (2001) sonra rəssam Azərbaycanı 2007-ci il 52-ci Venesiya Biennalesində təmsil etmək üçün seçilmişdir. İştirak etdiyi sərgilərə daxildir: "Fly to Baku", London, Paris, Berlin, Moskva, Roma (2012-2013); İslam incəsənəti festivalı, Şarja, BƏƏ (2012); "YARAT!" müasir incəsənət təşkilatının sərgisi, Bakı, Azərbaycan (2012); Xalq üçün incəsənət 012 Bakı festivalı (2012); "Den Frie Centre" müasir incəsənət mərkəzinin sərgisi, Kopenhagen, Danimarka (2010); 52ci Venesiya Biennalesi, Azərbaycan Pavilyonu (2007). Rəşad Ələkbərov Azərbaycanda yaşayıb yaradır.

Əfruz Amiqi (a.o. 1974-cü ildə) tarixin multimedia instalyasiyasında bərpası haqqında düşünür. Onun İran vizual mədəniyyəti haqqında dərin və tənqidi fikirləri vardır, həm içində yaşayan adam kimi, həm də xaricdən baxan adam kimi. Onun ən böyük işi, xüsusi olaraq 55-ci Venesiya Biennalesi üçün sifariş olunmuşdur, bu işdə Biennaledə görünən və ümumən Avrasiya materikində müşahidə olunan mədəniyyətlərin kəsişməsi mövzusu önə çıxarılmışdır. Cəlaləddin Ruminin Çin və yunan rəssamlarının rəqabətindən bəhs edən məsəlinə əsaslanaraq yaratdığı işində su təsviri olan Venesiya bağlığını, müxtəlif kölgə və memarlıq işlərini bir araya gətirə bilmişdir. İştirak etdiyi sərgilərə daxildir: İncəsənət və Dizayn Muzeyi, Nyu-York (2012); Təsviri İncəsənət Muzeyi, Hyuston, Texas (2010); Viktoriya və Albertin Muzeyi, London (2009). Şəxsi sərgilərinə: "Asma Şəhər", "Bloom" layihələri, Müasir incəsənət forumu, Santa-Barbara, Kaliforniya (2012); "İçəridəki Dövlət", Nisel Boşene Qalereyası, Nyu-York (2011); "Mələklər Döyüşdə", İzabel Van Den Eynde Qalereyası, Dubay, Birləşmiş Ərəb Əmirlikləri (2010). Əfruz Amiqi Nyu-Yorkda yaşayıb yaradır.

Kutluq Ataman (a.o. 1961-ci ildə). Kino və videogörüntü incəsənətinin yeni axınının nümayəndələrindən biri hesab edilən Kutluq Ataman diqqətini individual və kollektiv kimlik, həmçinin coğrafi və tarixi konsepsiyalar xronikasına yönəldir, bununla, mütəmadi olaraq yenidən yazılma və şəxsiyyət razılığı üçün yol açmış olur. 55-ci Venesiya Biennalesində rəssam Mesopotamiya dramının əsasında hazırladığı "Kolonna" adlı işini təqdim edir (2009) - bu videoheykəltəraşlıq nümunəsi eyni zamanda Romada (İtaliya) yerləşən Britaniya məktəbi, Françesko Minininin Sərgisi (Milan, İtaliya), Henri Mur fondu (Böyük Britaniya), 21-ci əsrin Milli təsviri incəsənət muzeyi (Roma, İtaliya) və "UniCredit Group" (İtaliya) tərəfindən də sifariş olunmuşdur. Romada yerləşən Trayan Sütunundan ilhamlanmış rəssamın yaratdığı "Column" heykəli 42 televizor monitorundan ibarətdir, bütün monitorlar üzü çölə baxır, hər bir monitorda Şərqi Türkiyə kəndlisinin ifadəli, cəmlənmiş və səssiz üzü göstərilir. Bu, rəssamın heç bir söz və mətndən istifadə etmədən bir hekayəni danışmaq cəhdidir, eyni zamanda, Anadolu xalqının ehtiramla yad edilməsidir, bu xalq tarix boyunca regionda olan siyasi, iqtisadi və mədəni basqıya görə öz səssizliyini qorumaq məcburiyyətində qalmışdır. Ataman 2004-cü ildə Terner mükafatına namizəd olmuş, eyni ildə Karneqi beynəlxalq mükafatını qazanmışdır. O, həmçinin 2009-cu ildə "Abraaj Capital Art Prize" mükafatına layiq görülmüş və 2011-ci ildə şahzadə Maqarietə məxsus Avropa Mədəniyyət Fondunun mükafatını almışdır. Atamanın işləri İstanbul (1997, 2003, 2007), Venesiya (1999), San-Paulo (2002, 2010) və Berlin (2001) biennalelərində, həmçinin "Documenta" (2002) sərgisində də sərgilənmişdir. Bu yaxınlarda təşkil etdiyi şəxsi sərgilərinin siyahısına "ARTER" (İstanbul, 2011), "İstanbul Modern" (İstanbul, 2010), MAXXİ - 21-ci yüzilliyin incəsənəti Milli muzeyi (Roma, 2010), "Ludwig" muzeyi (Köln, 2009) və "Lentos Kunstmuseum" (Lins, Avstriya, 2009) aiddir. Gələcəkdə Vankuverin (Kanada) Təsviri İncəsənət Qalereyasında və İstanbulun (Türkiyə) "Mana" qalereyasında sərgiləri gözlənilir. Kutluq Ataman 3 şəhərdə yaşayıb yaradır: İstanbul, İslamabad və London.

Şoja Azari (a.o. 1958-ci ildə) - rəssam və kinematoqraf, öz əsərlərində kino, rəssamlıq və fotoqrafiya elementlərindən istifadə edir. 1998-ci ildə Soja məşhur rəssam Şirin Neşatla görüşmüşdür və o vaxtdan etibarən bərabər çalışırlar. Onların ən məşhur işlərindən biri "Turbulent" adlanır, bu ikiekranlı instalyasiya 1998-ci ildə Venesiyada "Qızıl Şir" mükafatını almışdır, digər bir iş "Rapture"(1999) isə Artur Danto tərəfindən "şedevr" adlandırılmışdır. Növbəti illərdə Şoja və Şirin 15-dən çox kino və təsviri instalyasiyalar təqdim etmişdirlər və dünyanın bir çox muzeylərində və kinofestivallarında geniş tamaşaçı kütləsinə göstərilmişdir. 2000-ci ildə Şoja Kafkanın 3 hekayədən ibarət trilogiyasını adaptasiya edərək, özünün ilk bədii filmi kimi təqdim etmişdir. "K" adlanan filmin premyerası 2002-ci ildə Venesiya kinofestivalında olmuşdur. "Women Without Men" (Qadınlar Kişilərsiz) adlanan bədii film (ssenari müəllifi və rejissoru Şoja və Neşat) 2010-cu ildə Venesiya kinofestivalında "Gümüş Şir" mükafatına layiq görülmüşdür. Bu film Saxrnuş Parsipurun novellası əsasında çəkilmişdir, burada söhbət 1953-cü ilin yayında İranda baş verən və Amerika tərəfindən ruhlandırılan hərbi çevriliş zamanı bir-birinə sıx bağlı olan 4 qadın taleyindən gedir. 55-ci Venesiya Biennalesi üçün Azari bu günə qədər ən iddialı işi sayılan 25 dəqiqəlik videofilm hazırlamışdır, film 12-ci əsr şairi Nizami Gəncəvinin "Yeddi Gözəl" romantik-epik poeması əsasında çəkilmiş və "Qara Günbəz və ya Qaranlıq Şahı" (Black dome or King of Benighte) hekayəsindən bəhs edir. Bu poema Nizami Gəncəvi tərəfindən 1197-ci ildə yazılmışdır, olduqca dərin və gözəl mənaya malik romantik əsərdir; əsas mövzu insanın özünü dərk etməyi və bununla da kamilliyə çatmağıdır. Mövzu olaraq çox geniş açıqlanmış və mürəkkəb simvollarla təsvir edilmişdir. Bu hekayəni canlandırmaq üçün müasir aktyorlardan istifadə etmişdir, hansılar fars miniatürü fonunda öz rollarını ifa edirlər. İştirak etdiyi sərgilərə daxildir: şəxsi sərgisi, Leyla Hellerin Qalereyası, Nyu-York (2013-cü ildə olacaq); İncəsənət Yarmarkası VİP, Nyu-York (2012); "The Elephant in the Dark", "Devi" Rəssamlıq Fondu, Nyu-Deli, Hindistan (2012); "Live Art/Expanded", Müasir İncəsənət İnstitutu, London, Böyük Britaniya; Xüsusi layihə, Mark Nuarenin Müasir incəsənəti, Bazel rəssamlıq sərgisi, İsveçrə (2007); Project Rooms, ARCO , Madrid, İspaniya (2006). Şoja Azari Nyu-Yorkda yaşayıb yaradır.

Rəşad Babayev (a.o. 1979-cu ildə) - rəssam və instalyasiyalar edən. İşlərində müxtəlif inanc və rəmzlərdən istifadə edir, həmçinin rəngləri öyrənmək üçün abstrakt əsərlər də işləyir. 55-ci Venesiya Biennalesi üçün təbii əncir ağacı gətizdirməyi planlaşdırır, bununla o, insanların "Arzu Ağacı" inancını göstərmək fikrindədir. Hər il Abşeronda bu ağacın budaqlarından yüzlərlə lentlər asılır, bu isə müxtəlif insanların arzularından danışan bir rəmzə çevrilir. Amma Babayevin instalyasiyası ağacın budaqlarına müxtəlif dizayner firmalarına məxsus şərflər asaraq bu ayini tənqid edir. Bununla da ölkədə artan materializmə işarə vurur. İştrak etdiyi sərgilərə daxildir: "Fly to Baku", London, Paris, Berlin, Moskva, Roma (2012-2013); "Commonist", "YARAT!" müasir incəsənət təşkilatı, Bakı, Azərbaycan; "Merging Bridges" layihəsi, MOMA, Bakı, Azərbaycan (2012). Rəşad Babayev Bakıda yaşayıb yaradır.

Mahmud Baxşi (a.o. 1977-ci ildə) devirə bilən tərzdə çalışır, ətrafda gördüyü riyakarlığı təsvir edir. "Verdicts of Looking"'(2008) - içərisində videogörüntülər olan boş, plastik gözlərə sahib, hicab geyinmiş manekenlərdir. Bu əsərində rəssam cəmiyyətdə geniş tətbiq olunan ikiüzlü təvazökarlığa qarşı çıxır. "İran hava çirklənməsi" (2004-2006) sərgisi üçün o, atmosfer tullantılarından ləkələnmiş İran dövlət bayrağını haşiyəyə almışdır. Venesiya Biennalesi üçün regionun neft ehtiyatlarına dair bir parodiya hazırlamışdır və bu neft fontanıdır, hansı ki, ağ qalaydan hazırlanmış piramidanın pillələri ilə aşağı süzülür. Mahmudun işi Teyt-Modern Qalereyasının daimi kolleksiyasına daxildir. İştirak etdiyi sərgilərə daxildir: Art-Qvanju, Cənubi Koreya (2012); Tadeuş Ropakın Qalereyası, Paris (2011); "Delfina" Fondu (2010); Barbikan, London (2008). Müasir incəsənət mükafatı olan "Magic of Persia"nı alması ona 2010-cu ilin sentyabrında Londonda, Saatçi qalereyasında öz şəxsi sərgisini keçirmək hüququnu vermişdir. Mahmud Baxşi Tehranda yaşayıb yaradır.

Əli Banisadr (a.o. 1976-cı ildə). İşıqdan və rəssamlıq bacarığından çox məharətlə istifadə edən rəssam öz uşaqlıq şəkillərini canlandırır, incəsənət tarixi barədə olan anlayışını kətan üzərinə köçürür, insan təbiətinin mahiyyətini hərəkətdə, energetikasında və abstrakt üsullarla göstərir. Banisadr üçün rəssamlıq dünya haqqında olan fikirlərini ötürmək üçün olan vizual vasitədir, bir aləmdir ki, hansında öz ideyalarını, emosiyalarını və duyğularını paylaşa bilir. Banisadrın işləri dünyanın bir çox nüfuzlu kolleksiyalarına daxil olub, o cümlədən Nyu-Yorkdakı "Metropoliten" təsviri incəsənət muzeyi, Los-Ancelesdəki Müasir İncəsənət Muzeyində, Londondakı Britaniya muzeyi və Saatçi qalereyası, həmçinin Zalsburqdakı modern muzeyinin kolleksiyalarını misal çəkmək olar. İştirak etdiyi sərgilərə daxildir: Tadeuşa Ropakın qalereyası, Zalsburq (2012); Yaşıl İncəsənət Qalereyası, Dubay (2012); Təsviri incəsənət sərgisi "Leslie Tonkonow", Nyu-York (2011); "Gemeente" muzeyi, Haaqa (2011); Saatçi Qalereyası, London (2009). Əli Banisadr Tehranda (İran) anadan olub, hazırda Nyu-Yorkda yaşayıb yaradır.

Əli Həsənov (a.o. 1976) - rəssam, musiqiçi və kinomatoqraf. O işlərində incəsənətin hər 3 növünü istifadə edir, Onun "Arsenium"'(2012) layihəsi daha maraqlı olmuşdur, bu işi məşhur bəstəkar-avanqardçı Arseniy Avraamovun 1923-cü ildə Azərbaycanda ifa etdiyi "Sirenalar Simfoniyası" əsərindən ilhamlanaraq yaratmışdır. Bu hadisəni qeyd edən və musiqi müşayəti altında olan animasiya və ümumən bu layihə, gəmiqayırma zavodunun ərazisində, bütöv bir xorun və nəfəs alətləri orkestirinin müşayiəti ilə baş tutmuşdur.

Əli Həsənov Azərbaycan Dövlət Mədədniyyət və İncəsənət Universitetini bitirmişdir və Bakıdakı Beynəlxalq Kinematoqrafiya məktəbinin kinematoqrafiya sahəsi üzrə diplomunu almışdır. O, Azərbaycanı 52-ci Venesiya Biennalesində təmsil etmişdir. İştirak etdiyi sərgilərə daxildir: "Fly To Baku", London, Paris, Berlin, Moskva, Roma (2012-2013); Müasir incəsənət muzeyi, Perm, Rusiya (2011); "Depo" muzeyi, İstanbul (2009); Mars Qalereyası, Moskva (2009); Dövlət Müasir İncəsənət Mərkəzi, Moskva (2006). Əli "PG Large Used Project" adlanan musiqi kollektivinin rəhbəri və yaradıcısıdır. Əli Həsənov Bakıda və Moskvada yaşayıb yaradır.

Orxan Hüseynov (a.o. 1976-cı ildə) müxtəlif media vasitələrindən, həmçinin videofilmlər, kompüter yazıları və plastmas heykəllərdən istifadə edərək gülməli və özünəməxsus işlər yaradır. Pleksiqlas və kompüterdə çəkilən təsvirləri istifadə edərək qeyri-adi, uşağın əl işinə bənzəyən təsvirlər yaradır. İlk baxışdan bəlkə də onlarda heç nə yoxdur, amma bu işlər neft səltənətinə, siyasi hakimiyyətə və dini mövzulara da toxuna bilər. Orxan Hüseynov Ə.Əzimzadə adına Dövlət İncəsənət Kollecini bitirmişdir (1995). Sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirmiş (1999), daha sonra Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında magistr dərəcəsi üçün təhsil almışdır. 2007-ci ildə Azərbaycanı 52-ci Venesiya Biennalesində təmsil etmişdir. O, müxtəlif media sahələrində çalışır, təsviri incəsənətdən instalyasiyaya qədər. Onun işlərini birləşdirən bir cəhət budur ki, o, Azərbaycan adət-ənənəsini və mədəniyyətini çatdırmaq istəyir. İştrak etdiyi sərgilərə daxildir: "Fly To Baku", London, Paris, Berlin, Moskva, Roma (2012-2013); "Commonist", "YARAT!" müasir incəsənət təşkilatı, Bakı, Azərbaycan; "Merging Bridges" layihəsi, MOMA, Bakı, Azərbaycan (2012). O, Bakıda yaşayıb yaradır.

Sitara İbrahimova (a.o. 1984-cü ildə) əsasən fotoqrafiya işləri yaradır, müəyyən qədər qeyd performansının elementlərindən istifadə edir. Onun nəzər sahəsinə çox şeylər daxildir - gündəlik ev işlərindən tutmuş müharibədən qayıtmayan insanların xatirə əşyalarına kimi. Hər layihəsi - emosional portretlərdən başlayaraq, tərk edilmiş yer və obyektlərə kimi - tamaşaçı qarşısında yeni suallar qoyur. "Kənar" adlanan işinə daxil olan fotoşəkillər insanın həyat təcrübəsini siyasi və iqtisadi çərçivədən kənarda göstərir, daha çox tarixi kollektiv yaddaşa müraciət edir. Onun təsvirləri emosiyalar, üz ifadələri, bir insanın duruş pozası, həmçinin görünən, bəzən görünməyən fraqmentlər üzərində cəmləşir. Onun əsərləri gündəlik həyatdan təsirli məqamları qopardır və tamaşaçını dramatik əsərin təsvirini uydurmağa sövq edir. Bu sərgi üçün toplanmış olan fotoşəkillər silsiləsi Qarabağ ərazisinin tarixi kollektiv yaddaşı ilə bağlı problem və çətinlikləri göstərməyə çalışacaqdır. Layihə müxtəlif siyasi, mədəni və sosial qrupların sərhədində yerləşən və insanlar tərəfindən tərk edilmiş şəhər barəsində olan səhnələrdən ibarətdir. Sitarə İbrahimova Bakı Dövlət Universitetində psixologiya üzrə bakalavr dərəcəsinə yiyələnmiş (2004), daha sonra Praqada Famu universitetinin fotoqrafiya fakültəsini bitirmişdir (2010). İştrak etdiyi sərgilərə daxildir: "Commonist", "YARAT!" müasir incəsənət təşkilatı, Bakı, Azərbaycan (2012); "USSR Remix" sərgisi, Praqa, Çexiya Respublikası (2011); "7" Tbilisidə Fotofestival, Gürcüstan (2010). Sitarə Bakıda yaşayıb yaradır.

Aida Mahmudova (a.o. 1982) eyni zamanda həm rəssam, həm də "YARAT!" müasir incəsənət təşkilatının yaradıcısı və direktorudur. O, əsasən multimedia heykəlləri, şəkillər və instalyasiyalar yaradır, bir çox işlər insan yaddaşında dəqiq bir yer, yaxud da duyğular oyadır. Mahmudovanı narahat edən əsas problemlərdən biri Sovet İttifaqından ayrıldıqdan sonra Azərbaycanda gedən sürətli modernizasiyadır; məhz bu onun rəsmlərində "toxunulmayan yerlər" adlanan, çöllükdə, şəhər kənarında olan ərazilərin təsvirinə gətirib çıxarır. "Utilizasiya" adlanan və Kukla teatrının yanında ümumi baxış üçün sərgilənən əsərdə vaxtikən rəssamın evinin qarşısında olan bir gözəl binanın pəncərəsindən istifadə edilmişdir. Həmin ev söküləndə o qərara almışdır ki, binanın bir pəncərəsini qoruyub saxlamaq lazımdır və bir neçə il sonra bu pəncərədən sənət əsəri yaranmışdır. Aida Mahmudova Londonda yerləşən Müqəddəs Martin adına İncəsənət və Dizayn Mərkəzi kollecini təsviri incəsənət sahəsi üzrə bitirmişdir. Gələcəkdə Sürix və Bakıda şəxsi sərgilərinin keçirilməsi gözlənilir, Bakının bir çox qalereyasında, o cümlədən "Philips de Pury" sərgisində də onun işləri təqdim olunmuşdur. 2011-ci ildə Mahmudova tərəfindən "YARAT!" müasit incəsənət təşkilatı yaradılmışdır. İştrak etdiyi sərgilərə daxildir: "Fly To Baku", London, Paris, Berlin, Moskva, Roma (2012-2013); "Commonist", "YARAT!" müasir incəsənət təşkilatı, Bakı, Azərbaycan (2012); "Merging Bridges" layihəsi, MOMA, Bakı, Azərbaycan (2012). O, Bakıda və Londonda yaşayıb yaradır.

Taus Makaşeva (a.o. 1983-cü ildə) - özünə doğma olan əraziləri (Dağıstan, Qafqaz Rusiyası), insanları və adət-ənənəni öyrənən rəssam. Onun işləri çox zaman nostalji və tənhalıq hissi ilə bol olur, digər işləri isə kişi üstünlüyü və SSRİ-də olan gözəl həyat ideallarını tənqid edir. Əvvəlki işlərinə bu ərazilərdə yaşayan kişilərin əyləncə üsullarını təsvir edən filmlər silsiləsi daxildir; 55-ci Venesiya Biennalesində hamı tərəfindən tərk edilmiş, ipək yolunda yerləşən Qamsutl şəhəri haqqında film göstərəcək, burada gənc qəhrəman rəqs vasitəsilə bu yaşayış məntəqəsinin tarixini canlandırmaq istəyir. İştrak etdiyi sərgilərə daxildir: Liverpul Biennalesi (2012); "Alüminium", 4-cü Beynəlxalq Biennale, Bakıdan gələn əsərlər, Milan; "İmpronte" müasir incəsənət sərgisi (2011); Moskva müasir incəsənət muzeyi (2010). İlk təhsilini Londonda Qoldsmits kollecində alıb, daha sonra təhsilini Kral İncəsənət kollecində davam etdirib. Taus Makaşeva Moskvada və Mahaçqala yaşayıb yaradır.

Fərhad Moşiri (a.o. 1963-cü ildə) İranda və ondan kənarda "konsyumerizm" mədəniyyəti haqqında olan satirik təsvirləri ilə məşhurdur. O, qeyri-adi materiallardan istifadə edir, kimliyindən asılı olmayaraq müxtəlif portret təsvirləri oynayır. Bıçaqlardan və buz doğramaq üçün alətdən, bəzən isə Svarovski büllurundan istifadə edən rəssam İran mədəniyyətinin sərhədlərini yeni formada izah edir. Dini təsvirləri uşaqların çəkdikləri şəkillərlə birləşdirərək, həmçinin silah alətlərini fikri çatdırmaq üçün, keks mulyajını isə tabaşirdən siluetlər yaratmaq üçün istifadə edən rəssam zarafatcıl üslubda və satira ilə bütpərəstliyə münasibətini bildirir. İştirak etdiyi sərgilərə daxildir: "ARTandPRESS", "Martin Gropius-Bau" muzeyi, Berlin (2012); "Dünya sənə məxsusdur", "François Pinault" və "Palazzo Grassi"yə məxsus kolleksiya, Venesiya, İtaliya (2011); "RoadOBargh", Tadeuşa Ropakanın qalereyası, Paris, Fransa; "İranın tərs üzü", Çelsi İncəsənət muzeyi, Nyu-York (2009). Şəxsi sərgilərinə daxildir: "Sevinc Odu", Perrotin qalereyası, Paris (2012); "Shukran","Third Line" qalereyası, Dubay; "Sevgi hər şey deyil", Farjam kolleksiyası, Dubay (2011). O, Tehranda və Parisdə yaşayıb, yaradır.

Fərid Rəsulov (a.o. 1985) instalyasiyalar, heykəllər, fotoşəkillər və rəsm əsərləri yaradır. Bu əsərlər müasirliyi tərənnüm etsə də, keçmişin vizual elementləri ilə bağlı olur. İşlərinin sətiraltı rəmzi mənaya malik olması fikrini inkar edir. Bu işlərdə yumor olur və Azərbaycanın sürətli modernizasiyasını milli təsvir elementləri ilə göstərir. Onun 55-ci Venesiya Biennalesi üçün olan instalyasiyası özündə beton və şəbəkəni birləşdirir. Adi sement və bəzəkli şüşədən istifadə edərək, rəssam keçmiş və bu gün arasında olan əlaqəni, bir millətin ənənədən modernizasiyaya və qlobalizasiyaya qədər olan təkamülünü göstərir. Fərid Rəsulov əvvəlcə Azərbaycan Tibb Universitetində həkim olmaq üçün təhsil almışdır. Rəssam olduqdan sonra Azərbaycanı 53-cü Venesiya Biennalendə təmsil etmişdir. İştrak etdiyi sərgilərə daxildir: "Fly To Baku", London, Paris, Berlin, Moskva, Roma (2012-2013); İslam Mədəniyyəti festivalı, Şarja, BƏƏ (2012); "Commonist", "YARAT!" müasir incəsənət təşkilatı, Bakı, Azərbaycan (2012); 012 Bakı İncəsənət Festivalı (2012) "Commonist", "YARAT!" müasir incəsənət təşkilatı, Bakı, Azərbaycan (2012); 53-cü Venesiya Biennalesi, Azərbaycan pavilyonu (2009). O, Azərbaycanda yaşayıb yaradır.

Slavyanlar və Tatarlar (yaradılıb 2006-cı ildə) - regiona (keçmiş Berlin divarlarından Böyük Çin səddinə qədər olan ərazi, Avrasiya) aid olan sualların və mübahisəli mövzuların müzakirəsini aparan diskussiya klubu. Kollektivin fəaliyyəti KİV tərəfindən geniş formada işıqlandırılır, toxunduqları mövzu və suallar çox vaxt unudulan slavyan, Qafqaz və Orta Asiya xalqları arasında olan qarşılıqlı münasibətlər haqqında olur. "Molla Nəsrəddin Antimodernist" (2012) instalyasiyası "Slavyanlar və Tatarlar" tərəfindən tam ölçüdə hazırlanmış uşaq və böyüklər üçün sürüşmə meydançasıdır. "Molla Nəsrəddin Antimodernist" bizə 20-ci yüzilliyin əfsanəvi Azərbaycan satirik jurnalının adını xatırladır, bu jurnalda vaxtikən Qafqaz adlanan mürəkkəb mühitdə milli özünüdərk məsələsinə toxunulmuş, eyni zamanda, mətbuatın necə təsirli silah olduğunu göstərmişdir, həm o vaxtlar, həm də indiki dövr üçün. Bu yaxınlarda etdikləri işlərin siyahısı: Molla Nəsrəddin - jurnalı, hansı ki, nəsə edərdi, edə bilərdi, etməli idi (2011); Sevmək - Sevməmək müxtəlif adlar altında (2010); Dağların oğurlanması (2009); Nə Moskva, nə də Məkkə (2012) və Khhhhhh (2012). Onların çap ediləcək kitabı "Millətlərin Dostluğu: Polşa şiələrinin şou-biznesi" adlanır. Şəxsi sərgilərinə daxildir: Dallas Rəssamlıq muzeyi, ABŞ (2014-cü ildə gözlənilir); "GfZK", Leypsiq və Arsenal (2014-cü ildə gözlənilir); REDCAT, Los-Anceles (2013); "Kunstlerhaus", Ştutqart (2013); Müasir incəsənət muzeyi, Nyu-York (2012). Qrupun şouları: 9-cu Qvandjuy Biennalesində iştirak (2012); "Secession", Viana (2012); "Triennial" yeni muzeyi (2012); "Koninklijke Academie voor Schone Kunsten" akademiyası, Qent (2011); Teyt-Modern muzeyində sərgi (2011), 10-cu Şardjax Biennalesində və 3-cü Salonik Biennalesində sərgi (2011). Kollektiv "Avroasiyada" yaşayıb yaradır.

İliko Zautaşvili (a.o. 1952-ci ildə) - rəssam və Tbilisi Dövlət Rəssamlıq Akademiyasında incəsənət tarixi üzrə professor. Mütəmadi olaraq məruzəçi qismində konfranslarda iştirak edən Zautaşvili bir çox sərgilərdə rəssam, hətta rejissor kimi iştirak etmişdir. O, Tbilisidə çox vacib olan mərkəzlərin və təşəbbüslərin təməlini qoymuş, Dövlət Rəssamlıq Mərkəzi və "Artactive Təkamül" təşkilatını yaratmışdır. İştirak etdiyi muzey və sərgilərin siyahısı: "Nampo" rəssamlıq muzeyi (2012); "Atlantis", 54-cü Venesiya Biennalesi çərçivəsində "Palazzo Zenobio"da sərgi (2011); Gürcü ədəbiyyatı muzeyi (2010); "Cobra" muzeyi, Hollandiya (2009); Növbədənkənar Biennale, Çeçenistan (2009); "Zamok" rəssamlıq mərkəzi, Uyezdovski, Varşava (2009); Gürcüstana Səyahət, Musee des Beaux-Arts de Nantes, Nant, Fransa (2009), Asiya müasir incəsənətinin 2-ci festivalı, Nyu-York (2008); Stereotiplərdən Uzaqlaşma, Qafqaz İncəsənəti, Tbilisi, Gürcüstan (2005); Aspect de la Photographie Contemporaine du Caucase du Sud, "Centre d'Art Contemporain", Brüssel, Belçika (2004). İliko Tbilisidə yaşayıb yaradır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti