...

Almaniyada yayımlanan əslən azərbaycanlının radiosuna haker hücumu olub

Mədəniyyət Materials 16 İyun 2013 17:00 (UTC +04:00)
Almaniyada yaşayan əslən azərbaycanlı olan Rəsul Barini tərəfindən yayımlanan "Barini FM" radiosu 15 iyun tarixində internet hakerlərinin hücumuna məruz qalıb. Radiodan Trend-ə bildiriblər ki, haker hücumu gecə saatlarına qədər davam edib.
Almaniyada yayımlanan əslən azərbaycanlının radiosuna haker hücumu olub

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Almaniyada yaşayan əslən azərbaycanlı olan Rəsul Barini tərəfindən yayımlanan "Barini FM" radiosu 15 iyun tarixində internet hakerlərinin hücumuna məruz qalıb. Radiodan Trend-ə bildiriblər ki, haker hücumu gecə saatlarına qədər davam edib.

Haker hücumlarının qarşısı gecə saatlarından sonra alınıb və radio fəaliyyətini davam etdirib. Radionun rəhbəri Rəsul Barini və radionun texniki şöbə əməkdaşları canlı yayımda dinləyicilərindən üzr istəyiblər.

Qeyd edək ki, radionun adı Azərbaycanın tanınmış sevilən musiqiçisi mərhum Vilayət Barinin adını daşıyır. Radio artıq 3 aydır fəaliyyət göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti