...

TRT türk dünyasının sənətçilərini "Türkvizion" festivalında bir araya gətirəcək

Mədəniyyət Materials 9 Sentyabr 2013 14:14 (UTC +04:00)
Bu il sayca dördüncü dəfə təşkil olunacaq "Türkvizion" festivalında Orta Asiyanın və Balkanların 21 ölkəsi iştirak edəcək. Azərbaycanı festivalda müğənni Tünzalə Ağayeva təmsil edəcək. Bu barədə bazar ertəsi Trend-ə TRT-nin Bakı təmsilçiliyindən məlumat verilib.
TRT türk dünyasının sənətçilərini "Türkvizion" festivalında bir araya gətirəcək

Azərbaycan, Bakı, 9 sentyabr /Trend/

Bu il sayca dördüncü dəfə təşkil olunacaq "Türkvizion" festivalında Orta Asiyanın və Balkanların 21 ölkəsi iştirak edəcək. Azərbaycanı festivalda müğənni Tünzalə Ağayeva təmsil edəcək. Bu barədə bazar ertəsi Trend-ə TRT-nin Bakı təmsilçiliyindən məlumat verilib.

Məlumatda bildirilir ki, sentyabrın 11-də Türkiyənin Dənizli şəhərində təşkil olunacaq "Türkvizion" festivalı türk dilində danışan ölkələrin sənətçilərini bir yerə toplayacaq. Dörd gün davam edəcək festivalda sənətçilər konsert proqramları ilə çıxış edəcəklər.

TRT-nin Baş direktoru İbrahim Şahinin sözlərinə görə, festivalın şüarı "Bir dil, bir ürək" olacaq və bu tədbir eləcə də xalqların bir-birlərini tanımalarında, onların arasında dostluq bağlarının meydana gəlməsində və mədəniyyətlərin tanıdılmasında böyük rol oynayacaq.

TRT-nin Bakı nümayəndəsi Yüksəl Dəğercanın verdiyi məlumata gorə, festivalda Bosniya və Herseqovina, Çinin Sinczyan-Uyğur Muxtar Vilayəti daxil olmaqla 21 ölkə iştirak edəcək.

Festival sentyabrın 14-də Bakı vaxtı ilə saat 23.00-da TRT Avaz və TRT Müzik kanalları və Azərbaycanın İctimai Televiziyası 14 ölkədə canlı yayımlayacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti