...

Azərbaycan nümayəndə heyəti "Karlovy Vary Tourfilm" Beynəlxalq Film Festivalında iştirak edir

Mədəniyyət Materials 3 Oktyabr 2013 20:06 (UTC +04:00)
2013-cü ilin 3-5 oktyabr tarixində Çexiyanın Karlovı Varı şəhərində keçirilən "Karlovy Vary Tourfilm" Beynəlxalq Film Festivalında Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov və nazirliyin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədovdan ibarət nümayəndə heyəti iştirak edir.
Azərbaycan nümayəndə heyəti "Karlovy Vary Tourfilm" Beynəlxalq Film Festivalında iştirak edir

Azərbaycan, Bakı, 3 oktyabr /Trend/

2013-cü ilin 3-5 oktyabr tarixində Çexiyanın Karlovı Varı şəhərində keçirilən "Karlovy Vary Tourfilm" Beynəlxalq Film Festivalında Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov və nazirliyin Kinematoqrafiya şöbəsinin müdiri Cahangir Məmmədovdan ibarət nümayəndə heyəti iştirak edir.

Trend Mədəniyyət və Turizm Nazirliyinə istinadən məlumat verir ki, iştirakın əsas məqsədi bu il 20-25 noyabr tarixində nazirlik tərəfindən ilk dəfə keçiriləcək Bakı Beynəlxalq Turizm Filmləri Festivalı ilə bağlı təcrübə mübadiləsini və digər turizm festivallarının nümayəndələri ilə əlaqələrin qurulmasını təmin etməkdən ibarətdir.

Qeyd edək ki, Bakı Beynəlxalq Turizm Filmləri Festivalının keçirilməsində məqsəd turizmin müxtəlif sahələrinə həsr olunan, daxili və beynəlxalq turizmin inkişafına təkan verə biləcək filmləri təbliğ etmək, ən yaxşı filmləri aşkara çıxarmaq, onların müəlliflərini həvəsləndirməkdir. Festival, eyni zamanda, tarixi və mədəni irsin beynəlxalq mərkəzlərindən olan Azərbaycanın turizm potensialına diqqət cəlb etməyi qarşısına məqsəd qoyub.

7 kateqoriyada keçiriləcək festivalda hər kateqoriya üzrə I, II və III yerlərə layiq görülən filmlərə hədiyyə və pul mükafatları veriləcək. Festivalın ən yaxşı filmi Qran Pri mükafatı ilə təltif olunacaq.

Festivalın seçim komitəsinə 41 ölkədən 250 film daxil olub. Filmlər kinematoqrafçılardan, həmçinin səyahət və turizm ekspertlərindən ibarət 7 nəfərlik beynəlxalq münsiflər heyəti tərəfindən seçiləcək.

Festivalda müsabiqə və müsabiqədənkənar nümayiş proqramları ilə yanaşı, seminarlar, müzakirələr, film müəllifləri ilə turizm mütəxəssisləri və KİV təmsilçiləri arasında mübadilələr də həyata keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti