...

Rəqsanə: "Bununla ancaq fəxr etmək lazımdır"

Mədəniyyət Materials 9 Yanvar 2014 19:11 (UTC +04:00)
Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov türkmən dilində mahnılar ifa edib. Dj-in müşayiəti ilə səslənən mahnılardan biri də azərbaycanlı müğənni Rəqsanə İsmayılovanın repertuarından olan (sözləri Telli Pənahqızı, musiqisi Hikmət Aslanovundur) “İnanımmı” mahnısı olub.
Rəqsanə: "Bununla ancaq fəxr etmək lazımdır"

Azərbaycan, Bakı, 9 yanvar /Trend/

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov türkmən dilində mahnılar ifa edib. Dj-in müşayiəti ilə səslənən mahnılardan biri də azərbaycanlı müğənni Rəqsanə İsmayılovanın repertuarından olan (sözləri Telli Pənahqızı, musiqisi Hikmət Aslanovundur) "İnanımmı" mahnısı olub.

Əsas vokalçılar estrada müğənniləri Annaqulı Muratdurdıyev və Parahat Amandurdıyev bu zaman konsert zalında olublar. Prezident isə ayrıca studiyada pult arxasında əyləşib və mahnını oxuyub. Video zalda böyük ekran vasitəsilə yayımlanıb və zalda olan tamaşaçılar Prezidentdən belə hədiyyəni heyranlıqla qəbul ediblər.

Xəbərdən hali olan müğənni Rəqsanə İsmayılova münasibət bildirməyi özünə borc sayıb: "Bu, mənim üçün əsl sürpriz oldu. Ötən ilin son günləri açıqlama vermişdim ki, 2014 mənim ilim olacaq. Təqvim başlayan kimi bu özünü göstərdi. Bir dövlətin rəhbərinin mənim mahnımı oxuması mənim üçün şərəfdir. Bu, Azərbaycan şou-biznesində öz dəsti-xəttimin olmağı deməkdir. Ölkə rəhbəri yəqin mənim ifamı eşidib, bəyənib və ifa edib. Bununla ancaq fəxr etmək lazımdır".

Sonda Rəqsanə belə bir misal çəkib: "Nənəm rəhmətlik deyirdi ki, yuxuda dövlət başçısı görmək arzularının çin olması deməkdir. Mən yuxudan əvvəl həqiqəti gördüm. Deməli, bu il bütün uğurlar mənimdir. Məni təbrik edən jurnalistlərə təşəkkürümü bildirirəm".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti